Məhkəmə qərarları › İş №3(021)-483/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-483/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-483/2024 31.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, xx.xx.1956-cı il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bərdə rayon Ailə Sağlamlıq Mərkəzində ailə həkimi işləyən, Bərdə rayonu, Əliyanlı kəndində yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallara əsasən Şəxs barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2024-cü il tarixdə saat 13:20 radələrində sürücü Şəxs sürücülük hüququ olmaqla, sərxoş olmadan, idarə etdiyi “Volkswagen Touareg” minik markalı ** BD *** dövlət qeydiyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın avtomobil yolunun Bərdə rayonu, Əliyanlı kəndi ərazisindən keçən 32-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İV hissəsinin tələblərini pozaraq, yəni yol ayrıcından kənarda sola və ya geriyə dönərkən, eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu halda bunu etməyərək, sola doğru dönmə əməliyyatı edib onunla eyni vaxtda əks istiqamətdə 80 km/ saat sürətlə hərəkətdə olan sürücü X7 idarə etdiyi “VAZ 21150” minik markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissəsinə çıxmış, həmin avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuş, nəticədə “VAZ 21150” minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X1 alının əzilməsi, hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində göstərilən inzibati xətaya yol vermişdir. Ona görə də BDYPİ Xİİİ Tağım Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokol tərtib edən şəxs və ya səlahiyyətli orqanın nümayəndəsi iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokolla və iş materialları ilə sübuta yetirilir. Belə ki, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışa əsasən Şəxs – xx.xx.1956-cı il tarixdə ünvan 1i ünvanında yaşayır. İş materiallarında olan DİN Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş 16 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən CPM-in 39.1.2-ci maddəsinə əsasən icraatında toplanmış HK-1/147 saylı material üzrə Şəxs və X7 barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 327.2 və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surətinin BDYPİ-nin YPX Alayına göndərilməsi, X7 barəsində İXM-in 327.2, 327.8 və 328.2-ci maddələrində nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surətinin BDYPİ-nin YPX Alayına göndərilməsi, qərarın surətinin məlumat üçün maraqlı tərəflərə və rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 15 mart 2024-cü il tarixli 8/566 saylı avtotexniki ekspertizanın rəyinin surətindən görünür ki, rəyin nəticə hissəsinə əsasən Volkswagen Touareg markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan MTE və PA Birliyi phş-in Bərdə rayon Şöbəsi tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli canlı şəxsin ekspertizası haqqında rəydən görünür ki, vət.X1 adına tərtib edilmiş tibbi sənəddə qeyd olunan alının əzilməsi, hematoması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan MTE və PA Birliyi phş-in Bərdə rayon Şöbəsi tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli canlı şəxsin ekspertizası haqqında rəydən görünür ki, vət.X5 adına tərtib edilmiş tibbi sənəddə qeyd olunan alının və burunun sıyrılmış yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan BDYPİ Xİİİ Tağım YPX inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:20 radələrində Bərdə rayonu, Əliyanlı kəndi ünvanında yaşayan Şəxs tərəfindən Volkswagen Touareg minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 13:20 radələrində sürücü Şəxs sürücülük hüququ olmaqla, sərxoş olmadan, idarə etdiyi “Volkswagen Touareg” minik markalı ** BD *** dövlət qeydiyat nişanlı avtomobillə Yevlax- Ağdam-Laçın avtomobil yolunun Bərdə rayonu, Əliyanlı kəndi ərazisindən keçən 32-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İV hissəsinin tələblərini pozaraq, yəni yol ayrıcından kənarda sola və ya geriyə dönərkən, eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu halda bunu etməyərək, sola doğru dönmə əməliyyatı edib onunla eyni vaxtda əks istiqamətdə 80 km/ saat sürətlə hərəkətdə olan sürücü X7 idarə etdiyi “VAZ 21150” minik markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissəsinə çıxmış, həmin avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuş, nəticədə “VAZ 21150” minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X1 alının əzilməsi, hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bunula da Şəxs Azərbaycan Respublikası İXM-in 327.8ci maddəsində göstərilən inzibati xətaya yol vermişdir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hal ilk dəfə inzibati xəta törətməsi, habelə hadisədən zərərçəkmiş şəxsin şikayətinin olmamasıdır. Məhkəmə tərəfindən inzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini və hadisə nəticəsində xəsarət alan şəxsin şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, məhz bu yolla həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xətalara yol verilməsinin qarşısını almaq olar. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan RespublikasınınİXM-nin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-in 327.8-ci mаddəsi ilə təqsirli bilinib bаrəsində 300 (üç yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar