Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-484/2024 11.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Barəsində inzibati icraat aparılan Şəxs Zərərçəkmiş şəxs X9 iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Ağdam rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Güllücə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 fevral 2024-cü il tarixdə saat 13:20 “Vaz 21150 Mİnik” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı vasitəsini idarə edən zaman “Volksvagen Toureq minik” markalı, **-BD-*** övlət qeydiyyat nişanlı avtomaşının arxa tərəfindən vurmuşdur. Sürücü X1 yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bununla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında materiala Bərdə rayon X13 Yol polisi bölməsinin Yol Patrul Xidməti nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 bildirdi ki, xx.xx.2024-cü il tarixdə günorta radələrində o Şəxs yaşadığı ünvana gedib ondan avtomobili ilə onu və ailə üzvlərini Bərdə rayon bazarına aparmasını xahiş etmişdir. Bundan sonra Şəxs idarə etdiyi özünə məxsus “Vaz 21150 minik” alı avtomobillə onları yəni onu, arvadı Sahibə Əsədovanı və qızı X10 rayonuna aparmaq üçün yaşadıqları ünvandan yola düşmüşlər. Həmin vaxtı o Şəxs idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda, qızı Zərifə Məmmədova sağ arxa oturacaqda, arvadı Sahibə Əsədova isə sol arxa oturacaqda əyləşmişlər. Həmin günü yəni, xx.xx.2024cü il tarixdə 13:20 radələrində Şəxs idarə etdiyi "Vaz 21150 minik” markalı avtomobillə Yevlax-Ağdam-Laçın yolu ilə Bərdə rayonu istiqamətində hərəkətdə olan zaman “Volkswagen Touareg minik” markalı, avtomobil yolun üzərində sola doğru dönüb dayanmış, bundan sonra isə hərəkət etməyə başlamışdır, həmin vaxt Şəxs İdarə etdiyi avtomobillə “Volkswagen Touareg minik” markalı, avtomobilin arxa sağ təkərinin ortasından vurub toqquşmuşdur. Hadisə zamanı o, arvadı Sahibə və qızı Zərifə xəsarət alıb Bərdə rayon Diaqnostika Mərkəzinə müraciət etmişlər. Onun xəsarət almağının səbəbkarı “Volkswagen Touareg minik” markalı, avtomobilin sürücüsüdür. Lakin hazırda isə səhhəti yaxşıdır, heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs bildirdi ki, o özünə məxsus “Vaz 21150 minik” markalı,**-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində onunla qonşu yaşayan X11 onun idarə etdiyi avtomobillə onu və ailə üzvlərini Bərdə rayon Bazarına aparmağını xahiş etmişdir. Bundan sonra o idarə etdiyi “Vaz 21150 minik” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İlqar Məmmədovu, onun arvadı Sahibə Əsədovanı və qızı X10 rayonuna aparmaq üçün yaşadığı ünvandan yola düşmüşdür. Həmin gün, xx.xx.2024-cü il tarixdə saat 13:20 radələrində idarə etdiyi “Vaz 21150 minik” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolu ilə Bərdə rayonu istəqamətində 80 km/saat sürətlə hərəkətdə olan zaman yolun Bərdə rayonu Əliyanlı kəndi ərazisindən keçən hissəsində əks istiqamətdə hərəkətdə olan “Volkswagen Touareg minik” markalı, avtomobilin yolun mərkəzi hissəsində saxlayıb sola doğru dönmə əməliyyatı etməsini gördü. Bu zaman o idarə etdiyi avtomobilin əyləcini basmış, avtomobili yolun sol hissəsinə doğru çəkmışdir. Lakin həmin vaxt o avtomobili yayındıra bilmədi və avtomobilin qabağ sağ hissəsi ilə “Volkswagen Touareg minik” markalı, avtomobilin arxa sağ təkər hissəsindən vurub toqquşmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobildə olan sənişin X12 və X6 xəsarət almış, Bərdə rayonu Diaqnostika Mərkəzinə müraciət etmışlər. Barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin 16 mart 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğuna görə barəsində inzibati icraat açılması üçün qərarın surəti Bərdə rayon Polis şöbəsinə göndərilmişdir. İş materiallarında olan 14 fevral 2024-cü il tarixli 232 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsindən görünür ki, X2 alkoqol sərxoşluğu yoxdur. İş materiallarında olan 15 fevral 2024-cü il tarixli 77 nömrəli Məhkəmə-tibbi ekspetiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin ekspert rəyindən görünür ki, X9 adına tərtib edilmiş tibbi sənəddə qeyd olunan-alının və burnunun sıyrılmış yaraları küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilər, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan 15 fevral 2024-cü il tarixli 78 nömrəli Məhkəmə-tibbi ekspetiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin ekspert rəyindən görünür ki, X4 adına tərtib edilmiş tibbi sənəddə qeyd olunan-əzilməsi, hematoması küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan 15 fevral 2024-cü il tarixli 79 nömrəli Məhkəmə-tibbi ekspetiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin ekspert rəyinə əsasən müəyyən olunur ki, X7 adına tərtib edilmiş tibbi sənəddə qeyd olunan- döş qəfəsinin səthi travması diaqnozu obyektiv məhkəmə-tibbi əlamətlərlə təsvir olunmadığından xəsarət kimi qiymətləndirmək mümkün olmadı. İş materiallarında olan 15 fevral 2024-cü il tarixli 80 nömrəli Məhkəmə-tibbi ekspetiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin ekspert rəyindən görünür ki, Şəxs adına tərtib edilmiş tibbi sənəddə qeyd olunan- döş qəfəsinin əzilməsi diaqnozu obyektiv məhkəmə-tibbi əlamətlərlə təsvir olunmadığından xəsarət kimi qiymətləndirmək mümkün olmadı. İş materiallarında olan 15 fevral 2024-cü il tarixli 87566 nömrəli Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, “Volkswagen Touareg minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddəsnin tələblərinə riayət eməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Vaz 21150 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomoblin sürücüsü Şəxs hərəkətlərində tədqiq olunan şəraitə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürcünün hərəktlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X5 cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 mart 2024-cü il tarixli qərarı, habelə inzibati xəta haqqında 14 fevral 2024-cü il tarixli İXP ******* nömrəli protokolla və ekspert rəyləri ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh təyin olunmalıdır. Zərərçəkmiş şəxs X9 barəsində icraat aparılan şəxslə barışması, heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmə Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanunauyğun hesab edir. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarından ödənişindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ İnzibati xəta törətmiş Şəxs əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-484/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-484/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver