Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-484/2025 17.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6, zərərçəkmiş şəxslər X5 və X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.2006-cı ildə Bərdə rayon Böyük Qacar kəndində doğulmuş, Bərdə rayon Böyük Qacar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Bərdə rayon Polis şöbəsi tərəfindən inzibati xəta haqqında xx.xx.2025ci il tarixdə MN № ******* saylı prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 göstərdi ki, protokolu müdafiə edir. xx.xx.2025-ci il tarixdə Bərdə rayonu H.Əliyev prospektində yerləşən İcra Hakimiyyətinin yaxınlığında Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Abdulla Mustafayev ilə Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Elnur Məmmədov xidmətdə olan zaman iki nəfər şəxsin ictimai yerdə əxlaqsız hərəkətlər etdikləri tərəflərindən aşkar edilmişdir. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib həmin şəxslərə ictimai yerdə olduqlarını və nizam-intizamlı olmaqlarını bildirmişdirlər. Şəxsiyyəti sonradan məlum olan Şəxs polis əməkdaşlarını kənara çəkərək onlara nə üçün yaxınlaşdıqlarını bildirərək onlara qarşı aqressiv hərəkətlər və sözlər işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam- intizama dəvət etsələr də həmin şəxs onlara məhəl qoymayaraq daha aqressivləşməyə və ictimai yerdə uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsə ictimai yerdə olduğunu və uca səslə ünvansız nalayiq ifadələr işlətdiyi üçün İXM-nin 510-cu maddəsinin tələblərini pozduğunu bildirib həmin şəxsləri Bərdə RPŞ-nə dəvət etmişdirlər. RPŞ-də məlum olmuşdur ki, həmin şəxslər X3 və Şəxsdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə Rayon İcra Hakimiyyətinin qarşısında Əfsanə adlı xanınla skamyada oturub əlini onun çiyninə qoymuşdur. Polis əməkdaşları ona yaxınlaşıb bildirmişdilər ki, əlini qızın çiyninə qoymaq olmaz. O, polis əməkdaşlarına yalnız əlini qızın çiyninə qoyduğunu demişdir. Sonra Əfsanədən uzaqlaşb polisə yaxınlaşmışdır ki, “mən heçnə etməmişəm, əlimi yalnız qızın çiyninə qoymuşam”. Bu ifadələri işlədən zaman polis əməkdaşlarını kənara çəkmişdir ki, Əfsan onun etirazını eşitməsin. Bundan sonra polisə əmkdaşları onu və Əfsanəni polis şöbəsinə aparmışdırlar. Həmçinin bildirdi ki, o, etirazını yüksək səslə bildirmiş, lakin başqa pozuntuya yol verməmişdir, əlini də Əfsanənin çiyinə qoyduqda o etiraz etməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantıdır. Bərdə rayonu H.Əliyev prospektində yerləşən İcra Hakimiyyətinin yaxınlığında Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Abdulla Mustafayev ilə xidmətdə olan zaman iki nəfər şəxsin ictimai yerdə əxlaqsız hərəkətlər etdikləri tərəflərindən aşkar edilmişdir. Belə ki, Şəxs Əfsanənin boynundan tutub dodağından öpürdü. Qarşı tərəf də buna biganə deyildi. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib həmin şəxslərə ictimai yerdə olduqlarını və nizam-intizamlı olmaqlarını bildirmişdirlər. Şəxs onları kənara çəkərək onlara nə üçün yaxınlaşdıqlarını bildirərək onlara qarşı aqressiv hərəkətlər və sözlər işlətməyə başlamışdır. Buna görə də onları şöbəyə aparmışdırlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantıdır. Bərdə rayonu H.Əliyev prospektində yerləşən İcra Hakimiyyətinin yaxınlığında Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Elnur Məmmədov ilə xidmətdə olan zaman iki nəfər şəxsin ictimai yerdə əxlaqsız hərəkətlər etdikləri tərəflərindən aşkar edilmişdir. Belə ki, Şəxs Əfsanənin boynundan tutub başını qızın çiyinə qoymuşdur. Həmin vaxt orada çoxlu adam var idi. Adamlar onlara baxırdılar. Onlara iradlarını bildirərək insanların oradan keçib getdiyini demişdirlər. Lakin Şəxs onları kənara çəkərək onlara nə üçün yaxınlaşdıqlarını bildirərək onlara qarşı aqressiv hərəkətlər və sözlər işlətməyə başlamışdır. Buna görə də onları şöbəyə aparmışdırlar. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 bildirdi ki, hadisə günü o, Cəfərlə skamyada oturmuşdur. Cəfər əli ilə onun çiynində tutub saçı ilə oynayırdı. O, Cəfərə etiraz etməyib. Bu zaman polis əməkdaşları onlara yaxınlaşb Cəfərə əlini onun çiynindən götürməsini və saçı ilə oynamamasını dedilər. Cəfər polis əməkdaşlarını kənara aparıb onlara uca səslə narazılığını bildirdi. Sonra polis əməkdaşları onıarı şöbəyə apardılar. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş: Bərdə rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə rayon İcra Hakimiyyəti qarşısında ucadan səs-küy salaraq ünvanlı və ünvansız nəlayiq ifadələr işlətmişdir. xx.xx.2025-ci il tarixli inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, Şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqındqa protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:15-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 12:00-da azad olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddəyə əsasən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə rayon İcra Hakimiyyəti qarşısında ucadan səs-küy salaraq ünvanlı və ünvansız nəlayiq ifadələr işlədib ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-1-ci maddəsinə qeyd edilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. . Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirli bilinib, bаrəsində 50 manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi ilə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, protokol tərtib edən şəxsə və zərərçəkmiş şəxslərə göndərilsin. Qərаrın surəti rəsmi qaydada alındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-484/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-484/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver