Məhkəmə qərarları › İş №3(021)-485/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-485/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-485/2025 18.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X10 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1986-cı ildə Bərdə rayonu Məmmədli kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Məmmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli 2(021)-2870/2019 saylı və Mingəçevir Şəhər Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2(051)-2070/2024 saylı icra sənədləri üzrə borclu Şəxs tələbkar X4 2000 manat məbləğində aliment borcu yaranmış, borclu icra sənədi üzrə tələbi təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli və Mingəçevir Şəhər Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli qətnamələrinə əsasən Tahirə Əliyevaya hər ay 1 uşağın saxlanılması üçün aliment ödəməlidir. Bakı şəhərində fəhlə işləyir. Yenidən ailə həyatı qurmuşdur. Söz verir ki, ayın axırına kimi borcundan 500 manat ödəyəcək. Valideynləri vəfat etmişdir, əlilliyi yoxdur. Borcunu ödəmədiyindən 18 iyun 2025-ci il tarixdə saat 1230 radələrində icra məmuru tərəfindən Bərdə Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Barəsində inzibati qaydada tədbir görülərkən göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli və Mingəçevir Şəhər Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli icra vərəqələrinə əsasən Şəxs hər ay bir uşağın saxlanılması üçün 210 manat məbləğində aliment alınaraq tələbkar Tahirə Əliyevaya ödəməlidir. Şəxs hazırkı vaxtadək 2000 manatdan artıq aliment borcu yaranmışdır. Sonuncu borcunu ödəmədiyindən 18 iyun 2025-ci il tarixdə saat 1230-da Bərdə Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs əmlak vəziyyəti yoxlanılmış və üzərinə həbs qoyula biləcək əmlakı aşkar edilməmişdir. Məhkəmə iclasında dindirilmiş mülki iş üzrə tələbkar X6 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən Şəxs hər ay bir uşağın saxlanılması üçün 110 manat, Mingəçevir Şəhər Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli qətnaməsinə əsasən isə hər ay 210 manat məbləğində aliment tutularaq ona ödənilməlidir. Şəxs hazırda ona 2370 manat məbləğində aliment borcu var. Sonuncu beş ayda ona cəmi 200 manat aliment ödəmişdir. Şəxs Bakı şəhərində usta işləyir, yaxşı qazancı var. Sonuncu barəsində inzibati qaydada tənbeh tədbiri görülməsini xahiş edir. İş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli 2(021)-2870/2019 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay bir uşağa 110 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2(051)-2070/2024 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2009-cu ildə doğulmuş Leyla adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəllər Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(021)-2870/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay 210 manat sabit pul məbləği həddində müəyyən edilməsi və cavabdeh Şəxs alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cahangir Alıyevin “İcraata başlamaq haqqında” 20 avqust 2019-cu il tarixli qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli 2(021)-2870/2019 saylı icra sənədi üzrə icraata başlanılması, borclu Şəxs dərhal icranı könüllü olaraq təmin etməsi təklif edilmiş, icranı könüllü təmin etmədikdə borclu barəsində məcburi icra tədbirləri görüləcəyi qərara alınmışdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Validə Hümbətovanın “İcraata başlamaq haqqında” 28 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2(051)-2070/2024 saylı icra sənədi üzrə icraata başlanılması, borclu Şəxs dərhal icranı könüllü olaraq təmin etməsi təklif edilmiş, icranı könüllü təmin etmədikdə borclu barəsində məcburi icra tədbirləri görüləcəyi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borcludan tutulması, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun və mülki iş üzrə tələbkarın izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 18 iyun 2025ci il tarixli, MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Bərdə Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli 2(021)-2870/2019 saylı icra vərəqəsinə əsasən Şəxs hər ay bir uşağın saxlanılması üçün 110 manat məbləğində, Mingəçevir Şəhər Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2(051)-2070/2024 saylı icra vərəqəsinə əsasən isə Şəxs hər ay bir uşağın saxlanılması üçün 210 manat məbləğində aliment alınaraq tələbkar Tahirə Əliyevaya ödənilməli olduğu halda, borclu borcunu ödəməmiş, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, bütün bunlarla yanaşı icra sənədi üzrə ödənilməyən məbləğin 2000 manat olmaqla, kifayət qədər çox olmasını nəzərə alır. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 18 iyun 2025-ci ildə saat 1230-də tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 18 iyun 2025-ci il saat 1230-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 18 iyun 2025-ci il saat 1230-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar