Məhkəmə qərarları › İş №3(021)-487/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-487/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-487/2025 20.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, zərər çəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X8 iştirakı ilə, xx xxxx 1993-cü ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Güloğlular kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 1700-da Bərdə rayonu Güloğlular kəndində yaşadıqları evdə arvadı X6 ilə aralarında olan mübahisə zamanı onu döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Nuriyyə Abbaszadə ilə 13 ildir evlidir, 2 uşaqları var. xx.xx.2025-ci ildə yaşadıqları evdə Nuriyyə Abbaszadə ilə aralarında mübahisə olmuşdur. Nuriyyə Abbaszadə uşaqları da götürüb qonşuluqda yaşayan bacısı evinə getmiş, orada yaşamışdır. xx.xx.2025-ci ildə saat 17 radələrində Bərdə rayonu Güloğlular kəndində yaşadıqları evdə olmuş, Nuriyyə Abbaszadə gəlmiş, uşaqların paltarını aparmaq istəmiş, o isə paltarları verməmişdir. Aralarında baş vermiş mübahisə zamanı Nuriyyə Abbaszadənin sol sifət nahiyəsinə bir dəfə şillə ilə vurmuşdur. Səhvini başa düşür, əməlindən peşimandır. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 göstərdi ki, Şəxs əridir, 2 uşaqları var. xx.xx.2025-ci ildə Bərdə rayonu Güloğlular kəndində yaşadıqları evdə Şəxs ilə aralarında mübahisə olmuş, mübahisə zamanı Şəxs şillə ilə onun sifət nahiyəsinə bir dəfə vurmuşdur. Evdən çıxıb getmək istəmiş, həmin vaxtı sonuncu evin içərisində olan ağac parçası ilə onun sol qılça nahiyəsinə bir dəfə vurmuşdur. Şəxs ilə bir neçə dəqiqə aralarında mübahisə olmuş, sonra evdən çıxıb qonşuluqda yaşayan bacısı evinə getmişdir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində yaşadıqları evə getmiş, uşaqların paltarlarını götürmək istəmişdir. Şəxs qoymamış, aralarında mübahisə yaranmış, mübahisə zamanı Şəxs ağacla onun sol bud nahiyəsinə bir dəfə vurmuşdur. Daha sonra evdən çıxaraq getmişdir. Sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9 göstərdi ki, Nuriyyə Abbaszadə döyülməsi ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə müraciət etmiş, təhqiqatçı tərəfindən araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Bərdə RPŞ-nin X2 göndərilmişdir. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarında olan: Bərdə Rayon Polis X4 təhqiqatçısı, polis kapitanı X7 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 iyun 2025-ci il tarixli qərarından görünür ki, X3 müraciəti əsasında toplanmış HK-1/1856 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin X2 verilməsi qərara alınmışdır. Məhkəmə-Tibbi Ekspertiza və X5 Bərdə rayonlararası mərkəzinin verdiyi 16 may 2025-ci il tarixli 377 saylı rəyindən görünür ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sol budun orta 1/3-nin ön-bayır səthinin qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti müayinədən 3-4 gün əvvələ zərərçəkmiş şəxsin göstərdiyi xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X8 izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 iyun 2025-ci il tarixli qərar, inzibati xəta haqqında 20 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin gerçək hallarını, o cümlədən, barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə zərərçəkmiş şəxs X3 ər-arvad olmaqla himayələrində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, o cümlədən, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar