Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-497/2025 20.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin vəkili X3 iştirakı ilə, xx xxxxxx 2007-ci ildə Ağdam rayonunda anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağdam rayonu Keşdazlı kəndində qeydiyyatda olan və Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə Bərdə rayonu Mehdili kəndi ərazisində uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayır. Qarabağ Universitetində təhsil alır. xx.xx.2025-ci il tarixdə Bərdə rayonu Mehdili kəndi ərazisində olmamışdır. Həmin yerdə nə hadisə baş verib bilmir, əgər baş vermişdirsə həmin hadisədə o, iştirak etməmişdir. 19 iyun 2025-ci ildə yaxın qohumları ilə birlikdə alış-veriş məqsədi ilə Bərdə şəhərinə gəlmişdir. Polis əməkdaşları “Pojarnı dairəsi” deyilən yerdə onu saxlayaraq polis şöbəsinə aparmışlar. İdarə etdiyi avtomobil atasına məxsus olmuşdur, avtomobili idarə etmək üçün sürücülük hüququ vardır. Polis əməkdaşları onu Mingəçevir şəhərinə apararaq sərxoşluq müayinəsindən keçirmişlər, nəticə neqativ olmuşdur. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında göstərdi ki, xx.xx.2025-ci ildə polis əməkdaşı Fərid Mamedovla birlikdə xidməti ərazisində olarkən Şəxs uca səslə nalayiq ifadələr işlətdiyini görmüşlər. Sonuncuya yaxınlaşaraq intizama dəvət etmişlər. Şəxs onların qanuni tələblərinə tabe olmayaraq idarə etdiyi BMW markalı avtomobilə əyləşərək sürüb getmişdir. 19 iyun 2025-ci il tarixdə Bərdə şəhərində xidmətdə olan vaxt Şəxsla rastlaşmışlar və sonuncunu saxlayaraq polis şöbəsinə gətirib barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs Bərdə şəhərində saxlanılarkən əl-qol ataraq nalayiq ifadələr işlətmişdir. Sonuncu polis şöbəsində olarkən izahat verməkdən imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X6 göstərdi ki, xx.xx.2025-ci ildə polis sahə rəisi Nuğay Qurbanovla birlikdə Bərdə rayonu Mehdili kəndində xidməti ərazidə olarkən Şəxs uca səslə nalayiq ifadələr işlətdiyini görmüşlər. Sonuncuya yaxınlaşaraq intizama dəvət etmişlər. Şəxs əvvəlcə vəkil tələb etmiş, daha sonra atasına zəng etmək istədiyini bildirərək onlara tabe olmayaraq idarə etdiyi BMW markalı avtomobilə əyləşərək qaçıb getmişdir. Şəxs 19 iyun 2025-ci il tarixdə Bərdə şəhərində saxlayaraq polis şöbəsinə gətirmişlər. xx.xx.2025-ci il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20/30-da Bərdə RPŞ-də inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 510-cu maddəsinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1 və 114.1.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 17 iyun 2025-ci il tarixdə Bərdə rayonu Mehdili kəndi ərazisində uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmaması qeyd olunsa da, onun polisin qanuni tələblərinə hansı qaydada qəsdən tabe olmaması əsaslandırılmamış, Şəxs bunu etiraf etməmiş, xx.xx.2025-ci il tarixdə ümumiyyətlə Bərdə rayonu ərazisinə gəlmədiyini bildirmişdir. Polis əməkdaşları isə həmin halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə başlanmış inzibati xəta haqqında material üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-497/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-497/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver