Məhkəmə qərarları › İş №3(021)-498/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-498/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-498/2025 25.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlu, X1 tərəfindən xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli qərardan verilmiş şikayəti və əlavə etdiyi sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: X1 məhkəməyə şikayət verərək, xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, X1 tərəfindən barəsində şikayət verilmiş qərar şikayətə əlavə olunmadığından şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 tərəfindən xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli qərardan verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar