Məhkəmə qərarları › İş №3(021)-50/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-50/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-50/2025 21.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin polis sahə rəisi polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1972-ci il tarixdə Bərdə rayonunda doğulmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləmir, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 21 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin polis sahə rəisi polis kapitanı X3 izahatında bildirdi ki, xx.xx.2024-cü ii tarixdə Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis kapitanı X4 rayonu Bəcrəvan kəndində yaşayan Şəxs narkotik vasitələrinin istifadəsində şübhəli olduğu üçün Bərdə rayon polis şöbəsinə gətirilməsi barədə raportu daxil olmuşdur. Həmin raport RPŞ-nin “törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında” 5001-ci sırada qeydiyyata alınaraq araşdırma aparılması mənə həvalə olunmuşdur. Araşdırma zamanı toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu barədə təhqiqat bölməsində araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibti Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən qanunamüvafiq tətbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərdi ki, ünvan 2i ünvanında ailəsi ilə birlikdə yaşayır. On ilə yaxındır ki, sinir xəstəliyi var, ağrıları olduğuna görə narkotik vasitə olan marixuanadan ağrılarını azaltmaq üçün istifadə edir. 19 dekabr 2024-cü il tarixdə ağrılarına görə narkotik vasitədən istifadə etmiş, növbəti gün Polis Şöbəsinə dəvət edilmişdir. Orda etiraf etmişdir narkotik vasitədən istifadə etməsini etiraf etmişdir. Əməlindən çox peşmandır. Məhkəmədən barəsində yüngül tənbehin tətbiq edilməsini xahiş etdi. İnzibati işin materiallarına istinad: 21 dekabr 2024-cü il tarixli HK-1/5001 saylı cinayət işinin rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibinin əlaməti olmadığından cinayət işi başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün Bərdə rayon Polis Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinin 19 dekabr 2024-cü il tarixli 1426 saylı «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında» protokolundan müəyyən olunur ki, Şəxs narkotik vasitədən istifadə faktı aşkar edilmişdir. Məhkəmə Bərdə rayon Polis Şöbəsinin nümayəndəsinin, barəsində inzibati icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə inzibati xəta haqqında 21 yanvar 2025-ci il tarixli MN ******* nömrəli protokolla sübuta yetirilir. Azrbaycan Respublikası İXM-in: 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs hansı həddə tənbeh tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, onun barəsində təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehi tətbiq edilməlidir. İXM-in

2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

3. Yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir və Şəxs məsuliyyətini ağırlaşdıran hər hansı hal aşkar edilməmişdir. Belə olan halda, Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 360,362-365,425,430-432-ci maddələrini rəhbər tutaraq

QƏRARALDİ

İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib edən şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rayon İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar