Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-500/2025 25.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN №1787267 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X1 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tərəfindən barəsində tərtib edilmiş MN №1787267 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X1 tərəfindən şikayət qanunla müəyyən edilmiş vaxtda verilmədiyindən və prosessual müddətin bərpası barədə ərizə verilmədiyindən, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN №1787267 nömrəli xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, X1 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, həmin qərardan İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130cu maddəsini rəhbər tutaraq QƏRARAALDİM: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN №1787267 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-500/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-500/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver