Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-502/2023 06.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Barəsində inzibati icraat aparılan X6 iştirakları ilə, 05 iyun 1964-cü il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bərdə Mərkəzi Rayon Xəstəxanasında həkim işləyən, Bərdə şəhəri B.Hacıyev küçəsində yaşayan barəsində inzibati icraat X12 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.1 və 215.3-cü maddələri ilə təqsirli bilinərək onu 6000 (altı min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X12 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 3 (021)-502/2023 saylı qərarı ilə barəsində inzibati iş üzrə icraata aparılan X12 tərəfindən verilmiş şikayət təmin edilməmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan barəsində inzibati iş üzrə icraata aparılan X12 şikayət verərək Bərdə Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 3 (021)-502/2023 saylı qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 3(104)-214/2023 saylı qərarı ilə barəsində inzibati iş üzrə icraata aparılan X12 tərəfindən verilmiş şikayət qismən təmin edilərək X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.1 və 215.3-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə Bərdə Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 3 (021)-502/2023 saylı qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 3(104)-214/2023 saylı qərarı ilə Bərdə Rayon Məhkəməsi tərəfindən araşdırılması zəruri hesab edilmiş 2 xüsusat qeyd edilmişdir:
1. X6 vəzifəli şəxs olub-olmaması;
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının verilməsinə əsas olmuş protokol və digər zəruri sübutların əldə edilməsi;
3. X6 əməlində inzibati xəta tərkibinin olmasını təsdiq edən zəruri sənədlərin və sübutların səlahiyyətli orqandan götürülməsi. Məhkəmə iclasında şikayətçi X12 izahat verərək bildirmişdir ki, sözügedən qərar ləğv edilməlidir. Belə ki, Bakı Dövlət Tibb Universitetinin müalicə işi fakültəsini bitirmiş 1997-ci ildən Bərdə Mərkəzi Rayon Xəstəxanasında terapevt işləyir. 2022-ci ilin noyabr ayında Ağdam Hərbi Prokurorluğunun müstəntiqi Rəsul adlı şəxs onun ***-***-**-** nömrəli mobil telefonuna zəng edib prokurorluğa gəlməsini tələb etmişdir, həmin gün prokurorluqda olmuşdur. O nə üçün çağrıldığını soruşan zaman ona hərbi hissəni özbaşına tərk etmiş hansısa şəxsi müalicə etdiyini bildirmişdir. O isə həkim olduğundan ona müraciət edən hər bir şəxsi kimliyindən asılı olmayaraq xəstələrə yardım etdiyini bildirmişdir. Bundan sonra Rəsul adlı şəxs onun adından komputerdə izahat yazaraq ona izahata imza etdirmişdir. İzahata imza etdikdən sonra prokurorluğu tərk etmişdir. Bir neçə gündən sonra Rəsul adlı şəxs yenidən ona zəng edərək prokurorluğa çağırmışdır. O isə işdə olduğundan vaxtı olmadığını izahatının alındığını gəlməyə vaxtı olmadığını bildirmişdir. Bundan sonra Rəsul adlı şəxs hər gün ona zəng edərək onu təhdid etmişdir. 14 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin poçt vasitəsilə ona verilmiş məktubdan bilmişdir ki, Ağdam Rayon Hərbi Prokurorunun müstəntiqi olan Rəsul adlı şəxs inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 18 noyabr 2022-ci il tarixli Qərar qəbul etmiş, barəsində tərtib edilmiş həmin qərar Səhiyyə Nazirliyinə göndərilmiş, nazirlik isə 11 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qəbul edərək onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci, 215.1-ci və 215.3-cü maddələri ilə təqsirli bilinərək onu 6000 manat cərimə etmişdir. Həmin qərarı qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əzacılıqla məşğul olmasını nəzərdə tutur ki, o 1997-ci ildən Bərdə Mərkəzi Rayon Xəstəxanasında terapevt işləyir. Hesab edir ki, həmin maddədə nəzərdə tutulan məsuliyyət ona aid deyil. Odur ki, məhkəmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 11 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasına şikayətçi X12 oğlu şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək əlavə olaraq göstərmişdir ki, ona hərbiçi müraciət etməmiş, həmin tarixdə bir nəfər mülki geyimdə olan şəxs iş vaxtında sonra yaşadığı evə gələrək yüksək tempuraturu olduğunu bildirmiş, həmin şəxsə xəstəxanaya müraciət etməsini bildirmiş, lakin həmin şəxs həkim olaraq onu seçdiyini ona yardım etməyini xahiş etmiş, bundan sonra həmin şəxsi müayinə və müalicə etmişdir. Lakin həmin şəxsin hərbiçi olmasını bilməmişdir. Odur ki, şikayətin təmin edilərək müvafiq qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ağdam Hərbi Prokurorluğunun nümayəndəsi prokurun böyük köməkçisi, ədliyyə baş leytenantı X8 izahatında göstərmişdir ki, N nömrəli hərbi hissənin 1-ci taborunun maddi-texniki təminat tağımının texniki vəzifəsində xidmət edən gizir X9 üzürlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmaması faktına görə Müdafiə Nazirliyinin 1-ci Təhqiqat bölməsinin təhqiqatçısı, ədliyyə leytenantı X14 tərəfindən S.N.Hüseynlinin barəsində 08 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə başlanılaraq aidiyyat üzrə Ağdam hərbi prokurorluğuna göndərilmişdir. İbtidai istintaqla müəyyən edilmişdir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkimi X11 yaşayış evində xəstə qəbul edərək müayinə və müalicə etmək səlahiyyəti olmamasına baxmayaraq Bərdə şəhəri Bahdur Hacıyev küçəsində yerləşən evində tikilini lisenziya olmadan tibbi avadanlıqlar və tibbi ləvazimatlarla təchiz edərək xəstələri saat 18:30-dan sonra qeydiyyatsız olaraq qəbul edərək müayinə və müalicələrini həyata keçirməklə lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olmuşdur. Bundan başqa, o, dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və ya xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirilmişdir. Həmçinin, X11 28 iyun 2022-ci il tarixdə qeydiyyata alınaraq müvafiq çek verilmədən Bərdə Rayon X1 müayinə və müalicə etməklə ixtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada göstərməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Sədrlik edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X12 yaşadığı Bərdə şəhəri Bahadur Hacıyev küçəsində yerləşən evində lisenziyası olmadan tibbi avadanlıqla və ləvazimatlarla təchiz edilmiş özəl tibb fəaliyyəti göstərməsi faktı aşkar olunduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyindən 6000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən olunmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab edir ki, X12 tərəfindən 11 yanvar 2023-cü il tarixli, MN ******* saylı qərardan verilmiş şikayət əsassızdır. Belə ki, iş materiallarından və inzibati xəta törədən şəxs X6 məhkəmə iclasında verdiyi izahatında yaşadığı ünvanda ona müraciət etmiş şəxsi müayinə və müalicə etdiyini etiraf etmişdir. Buna görə də barəsində düzgün olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Lakin, hazırki iş üzrə işin hallarının hərətəfli, tam və obyektiv araşdırılmasına maneəçilik törədəcək dərəcədə inzibati xətalar qanunvericiliyinin tələblərinin pozuntusu müəyyən olunmamışdır. Bundan başqa barəsində inzibati icraat aparılan şəxsin cəriməni ödəməyə imkanının olmaması inzibati tənbeh tətbiq etmək haqqında qərarın ləğv edilməsi üçün əsas deyildir. Şəxsin təqsirli olub-olmaması ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, ya da inzibati xətaya baxmağa səlahiyyəti olan orqanın müvafiq qərarı ilə müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17–ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. X25 hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarından da görünür ki, X3 rayon X4 Şöbəsində həkim terapevt vəzifəsində işlədiyindən və inzibati vəzifə funksiyalarını icra etdiyindən onu vəzifəli şəxs hesab etməklə səlahiyyətli orqan düzgün nəticəyə gəlmişdir. Bundan başqa iş materiallarında olan Ağdam Hərbi Prokurorluğunun böyük müstəntiqi, ədliyyə baş leytenantı X15 tərəfindən qəbul edilmiş 05 noyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərarda şübhəli şəxs qismində dindirilmiş X7 ifadəsində qeyd edilmişdir: “....o, Edil həkimi uzun müddətdir ki, tanıyır. X26 axşam saatlarında yaşadığı evin həyətində yerləşən tikilidə xəstələrin müayinə və müalicəsini həyata keçirir. Belə ki, X26 həmin tikilini tibbi ləvazimatlar və tibbi avadanlıqlarla təchiz etmişdir. o, əvvəllər də müayinə və müalicə edilməsi üçün dəfələrlə X26un yaşadığı evin həyətində yerləşən həmin tikiliyə getmişdir. Onun vəziyyəti axşam saatlarında daha da ağırlaşmışdır. O, X26un xəstələri axşam saatlarında xəstəxanada deyil, yaşadığı evin həyətində yerləşən tibbi avadanlıqlarla təchiz edilmiş tikilidə xəstələri müayinə etdiyini bildiyi üçün həmin vaxt xəstəxanaya deyil, onun evinə getmişdir. 23 iyun 2022-ci il tarixdə axşam saatlarında o, X26un evinə müayinəyə gedən zaman Edil həkim yaşadığı evin həyətində yerləşən tibbi avadanlıqlarla təchiz edilmiş tikilidə onu “USM” aparatı ilə müayinə etmiş və müalicə yazmışdır.” Qeyd edilən fakt X12 tərəfindən yazılaraq X10 verilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Bərdə rayon Mərkəzi Xəstəxanası,” “Rüstəmov Edil, Terapevt” yazıları qeyd edilən resept blankları da təsdiq edir. Ağdam Hərbi Prokurorluğunda aparılan cinayət işinin istintaqı zamanı ifadə vermiş X13 yuxarıda qeyd edilən faktları birbaşa və dolayı yolla təsdiq etmiş, axşamlar evdə xəstələri qəbul etdiyini, onlara müalicə yazdığını etiraf etmişdir. Beləliklə, aparılmış və apellyasiya instansiyası məhkəməsinin birbaşa qeyd etdiyi xüsusatları araşdırıb məhkəmə belə hesab edir ki, barəsində inzibati icraat aparılan X11 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 yanvar 2023-cü il tarixli, MN ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.1 və 215.3cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada göstərilməməsinə görə beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olduğu halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır və verilmiş şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında olan qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARALDİ X6 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan dəyişdrilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Elsun Əhmədov