Məhkəmə qərarları › İş №3(021)-502/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-502/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-502/2025 24.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X5, zərərçəkmiş şəxs X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1986-cı ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə rayonu Cəyirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 24 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 1830-da Bərdə rayonu Cəyirli kəndində “Kəlbəcər” marketin qarşısında X7 ilə aralarında olan mübahisə zamanı onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, anası xəstə olduğundan onu həkimə aparmış, tələsdiyi üçün avtomobili yüksək sürətlə idarə etmiş və nəticədə yolda toz qalxmışdır. Həmin vaxt yol ilə piyada hərəkət edən əmisi Ramiz Quliyev avtomobili yüksək sürətlə idarə etməsini ona irad tutmuş və ünvanına xoşagəlməz sözlər işlətmişdir. Sonuncuya anasının xəstə olduğunu, onu xəstəxanaya çatdırmaq üçün avtomobili yüksək sürətlə idarə etdiyi bildirmişdir. Xəstəxanaya gedib qayıtdıqdan sonra Ramiz Quliyev yenidən onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Sonuncunun ünvanına nalayiq ifadələr işlətməmişdir. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 göstərdi ki, Bərdə rayonu Cəyirli kəndində yaşayır. Hadisə baş verən gün çörək almağa getmiş, piyada yol ilə hərəkət edən vaxt qardaşı oğlu Şəxs avtomobili yüksək sürətlə idarə edərək toz qaldırmış və piyada olduğu üçün üst-başı toz olmuşdur. Həmin vaxt sonuncunun anası yanında olmamışdır. Şəxs əvvəllər də bir neçə dəfə bu cür hərəkət etdiyinə görə ona iradını bildirmiş, avtomobili yavaş sürməsini ona demişdir. Şəxs ona qarşı xoşagəlməz ifadələr işlətmiş, sonuncu avtomobildən düşərək bıçaqla üstünə gəlmiş, məcbur olub mağazaya girərək süpürgə ilə özünü müdafiə etmişdir. Şəxs dəfələrlə ona qarşı bu cür xoşagəlməz hərəkətlər etmişdir. Sonuncudan şikayətçidir, cəzalandırılmasını xahiş edir. Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X8 məhkəmə iclasında göstərdi ki, X2 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Şəxs tərəfindən bıçaqla hədələnməsi və nalayiq ifadələrlə söyülüb təhqir edilməsini bildirmişdir. Təhqiqat bölməsində araşdırma aparılmış və Şəxs barəsində cinayət işinin başlanması rədd edilərək, barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti İTB-nə göndərilmişdir. Bu səbəbdən Şəxs Bərdə RPŞ-nə dəvət edərək barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək, belə qənaətə gəlir ki, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X8 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Şəxs törətdiyi inzibati xətanı etiraf etməsə də, onun tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, habelə protokola əlavə edilmiş digər materiallarla ilə təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur, Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İş materiallarında olan: Bərdə Rayon Polis X4 təhqiqatçısı X3 “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 17 iyun 2025-ci il tarixli qərarından görünür ki, əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Bərdə RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İXM-nin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas məqsədi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə icılasında müəyyən edilmişdir ki, Şəxs 24 iyun 2025-ci il tarixdə saat 1230da saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 24 iyun 2025ci il saat 1230-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 05 (beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 24 iyun 2025-ci il tarixdən saat 1230-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar