Məhkəmə qərarları › İş №3(021)-505/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-505/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-505/2025 30.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, inzibati xəta haqqında protokolu tərtib etmiş X5, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, 1 fevral 2005-ci ildə Bərdə rayonunda doğulmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Şuşa rayonu, Turşsu qəsəbəsində qeydiyyatda olmaqla, Bərdə rayonu Uğurbəyli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri Babək küçəsində ucadan səs-küy salaraq, nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbini pozmuşdur. Məhkəmə iclasında Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X6 məhkəmə iclasında göstərdi ki, 28 iyun 2025-ci il tarixdə Şəxs Bərdə şəhəri Babək küçəsində ucadan səs-küy salaraq, nalayiq ifadələr işlətmiş, polis əməkdaşları Şəxs ucadan səs-küy salaraq, nalayiq ifadələr işlətdiyini, uca səslə açıq-aşkar cəmiyyətə hörmətsizlik edərək ətrafda insanların olmasına baxmayaraq söyüş və təhqir dolu nalayiq ifadələrin səsləndirdiyini görmüş, vətəndaşı nizam intizama dəvət etmələrinə baxmayaraq Şəxs polis əməkdaşının qanuni tələbinə tabe olmamış, pol nəfəri X1, onun qanunauyğun tələblərinə riayət etməməklə İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişlər. Qeyd edilənləri nəzərə alaraq, inzibati xəta haqqında protokolun təmin edilməsini və Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin polis nəfəri işləyən X3 izahatında göstərdi ki, 28 iyun 2025-ci il tarixdə Şəxs Bərdə şəhəri Bakı küçəsində, Bərdə Rayon Polis Şöbəsinin qarşısında ucadan səs-küy salaraq, nalayiq ifadələr işlətmişdir. Şəxs yaxınlaşaraq onu intizama dəvət etmiş, ictimai yerdə olduğunu xatırlatmışdır. Lakin Şəxs hərəkətlərini davam etdirmişdir. Onun qolundan tutaraq təkrar intizama dəvət etmişdir, Şəxs onu itələyərək, daha nalayiq ifadələr işlədərək, aqresivləşmişdir. Şəxs müxtəlif əl-qol hərəkətləri ilə polisin qanuni tələbinə məhəl qoymamış, Polis Şöbəsinə gəlməkdən imtina etmiş, polis şöbəsinə aparılmasına maneə törətmişdir. Polis əməkdaşlarına və cəmiyyətə etdiyi aşkar hörmətsizliyə görə şikayətçidir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, Bərdə şəhəri Bakı küçəsində, Bərdə Rayon Polis Şöbəsinin qarşısında telefonla ucadan danışmış, nalayiq ifadələr işlətmişdir. Həmin vaxtı əsəbi olmuşdur, buna görə də polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır, polis əməkdaşı onun qolundan tutaraq Polis Şöbəsinə aparmağa çalışmışdır. Polis əməkdaşı onun qolundan tutana qədər, onu intizama dəvət etmişdir. Əsəbi olduğundan qulaq asmamışdır, polis nəfərini itələmişdir. Əməlindən peşmandır, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs müdafiəçidən imtina etməsi, bu halın onun maddi vəziyyəti ilə bağlı olmaması, hüquqlarını özünün müdafiə edəcəyi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İnzibati iş materiallarına istinad: İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə uca səslə danışaraq, nalayiq ifadələr işlətməklə polisin qanuni tələbinə tabe olmamışdır. “İnzibati qaydada tutma haqqında” 28 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-cü ildə saat 18.30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərarlardan görünür ki, X3 inzibati iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikasının İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Həsən Hüseynova inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin mövqeyi: Şəxs inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, törətdiyi əməldən peşman olduğunu, şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 08 (səkkiz) gün inzibati tənbeh-həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli 28 iyun 2025-ci il tаrixdən, saat 18:30–dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci mаddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib İXM-nin 535.1-ci maddəsi ilə barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 28 iyun 2025-ci il tarixdən saat 18.30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar