Məhkəmə qərarları › İş №3(021)-508/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-508/2021

19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-508/2021 19.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Bərdə rayon Qurdlar kəndində anadan olmuş, Bərdə rayon Qurdlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs oğlunun barəsində Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmus, Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən 19 aprel 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında 19.04.2021-ci il tarixli MN № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, Şəxs oğlu nəzərdə tutulan müddətdə icra sənədini icra etməmiş, icra məmurunun qanuni tələbini təmin etməmişdir. Məhkəmə iclasında icra məmuru X1 bildirdi ki, Şəxs oğlu nəzərdə tutulan müddətdə icra sənədini icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs oğlu ifadə verərək göstərdi ki, maddi imkansızlıqdan borcunu ödəyə bilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlunun ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə inzibati xəta haqqında 19.04.2021-ci il tarixli MN № ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta törətmiş Şəxs oğlunun şəxsiyyətini, əməlindən peşimançılıq hissi keçirməsini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 160 saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 43, 112, 114, 115, 117, 227 -ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 160 (bir yüz altmış) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və Porobasiya Şöbəsinə həvalə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar