Məhkəmə qərarları › İş №3(021)-508/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-508/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-508/2025 02.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, X2 iclas katibliyi, icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X4 iştirakı ilə, xx xxxxxx 1987-ci ildə doğulmuş, orta təhsilli, işsiz, ünvan 1ində qeydiyyatda olmaqla Bərdə rayonu, Həsənqaya kəndi ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsində 2 iyul 2025-ci il tarixli MN №209055 saylı inzibati xəta haqqında potokol və ona əlavə edilmiş sənədlər tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında bildirdi ki, Bərdə Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(021)-5468/2018 saylı icra vərəqəsinə əsasən 15250 manat aliment borcu yaranmışdır. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra hərəkətləri edilmişdir. Barəsində ölkədən getməsinin məhdudlaşdırılması qərarı olmuşdur. Borcluya borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu heç bir üzürlü səbəb olmadan icra sənədini icra etmədiyindən onun barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, onun aliment borcu vardır, maddi imkanı olmadığına və 3-cü dərəcəli əlil olduğuna görə aliment borcunu ödəyə bilməmişdir, heç bir yerdə işləmir, 180 manat pensiya alır, borcunu ödəmək istəyir, lakin imkanı yoxdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs müdafiəçisi X7 bildirdi ki, Şəxs bu vaxta qədər maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir, üçüncü dərəcəli əlildir, müalicə olunur, həbslə əlaqədar cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında icraat materialları natamam olduğundan onu tərtib etmiş оrqаnа, Bərdə rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(021)-5468/2018 saylı icra sənədinə əsasən 21 noyabr 2018-ci il tarixdən başalayaraq hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat aliment X1 verilməsi qət edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə rayon İcra və probasiya Şöbəsinin 15 yanvar 2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(021)-5468/2018 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. Lakin inzibati xəta haqqında iş materiallarında Goranboy rayon İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilmiş məcburi icra hərəkətlərinin dairəsi, icraata başlamaq qərarın və tələbin könüllü icrası barədə bildirişin təqdim edilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tibbi sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Şəxs üçüncü dərəcəli əlildir, diaqnoz: Paranoid şizofreniya paranoid forma. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, icra məmuru tərəfindən icra tədbirli tam görülməmiş, “İcra haqqında” AR Qanununun 43.1.2-ci maddəsinə əsasən tələb borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməmişdir. Bu halda məhkəmə hesab edir ki, bütün məcburi icra tədbirləri tam həyata keçirilmədiyindən, təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 2 iyul 2025-ci il tarixli MN №209055 saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 2 iyul 2025-ci il tarixli MN №209055 saylı protokol və ona əlavə olunmuş sənədlər Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar