Məhkəmə qərarları › İş №3(021)-51/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-51/2021

17.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-51/2021 17.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X11 iclas katibliyi İlə, xx.xx.1988-ci il tarixdə Bərdə rayon Tinli kəndində аnаdаn оlmuş, Bərdə şəhər M.Hüseynzadə küçəsi 31-də yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 09.01.2021-ci il tarixdə Bərdə rayon Meşəçilik İnstitutunda X14 məxsus avtomobildən mobil tlefon və akkumulyator oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 28.12.2020-ci il tarixdə X12 məxsus 190 manat müavinət kartını X18rşısından taparaq 190 manat pulu çıxarmışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 05.01.2021-ci il tarixdə Natavan küçəsində X4 məxsus VAZ 2106 markalı avtomobildən akkumulyator oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 05.01.2021-ci il tarixdə X8 məxsus su matorunu və gücləndiricini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 28.12.2020-ci il tarixdə Bərdə şəhər M.Nəsirov küçəsi ev 20 ünvanından X10 məxsus “Morqus” markalı su motorunu oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 09.12.2020-ci il tarixdə Bərdə şəhər Meşəçilik qəsəbəsində yaşayan X13 80 manat dəyərində Samsung markalı televizorunu oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 16.11.2020-ci il tarixdə Bərdə şəhər X3 Səidə Əli qızına məxsus evin həyətindən 1 ədəd samovar 1 ədəd adyalı oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 07.01.2021-ci il tarixdə Əmralıyev Məhəmməd Həsən oğluna məxsus “Kamaz” markalı avtomobildən 1 ədəd işlənmiş akkumulyator oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 06.01.2021-ci il tarixdə Bərdə şəhər H.Əliyev prospekti bina 112-də X9 məxsus su mühərrikini oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-nə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar v e r d i m: Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-44/2021, 3(021)-45/2021, 3(021)-46/2021, 3(021)-47/2021, 3(021)-48/2021, 3(021)-49/2021, 3(021)-50/2021 və 3(021)-51/2021 saylı inzibati işlər bir icraatda baxılsın. İşə 17 yanvar 2021-ci il tarixdə saat 14:30-da Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın. Hakim Qamət Əbilov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ ____________________________________________________________________ ______ Poçt indeksi: AZ 0900, Tel: (02020) 5-04-80; Faks: 5-20-52 Ünvan: Bərdə şəhəri, Gəncə küçəsi, 4 Elektron poçtu: İş № 3(021)-260/2020 08 may 2020-ci il Bərdə rayon Polis Şöbəsinin rəisi cənab Muradəli Babayevə Sizin 138-12773-1220 və 138-12778-1220 saylı mürciətinizə baxıldı. Müəyyən edildi ki, Şəxs oğlu barəsində Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN 0480127, MN 0480011, MN 0491773, MN 0491769, MN 0491771, MN ******* , MN 0491780, MN 0491779, MN 0491770, MN 0491772, MN 0491774, MN 0491851, MN 0491781, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollara və materiala Bərdə rayon Məhkəməsində baxılaraq, 30 aprel 2020-ci il tarixli, 3(021)-260/2020 saylı qərarına əsasən Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 227-ci mаddəsi ilə təqsirli bilinərək, bаrəsində 02 (iki) ay 15 (on beş) gün müddətinə inzibаti tənbeh- həbs tətbiq edilmişdir. Şəxs oğlunun iştirakı ilə Bərdə RPŞ-nin X7 ilə aparılan ********* və ********* saylı cinayət işləri üzrə istintaq hərəkətlərinin aparılmasına etiraz etmirəm. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar