Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-51/2024 29.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs Tapdıq oğlunun iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Bərdə rayonunda doğulmuş, evli, orta təhsilli, Bərdə rayonu Otuzikilər kəndində qeydiyyatda olmaqla yaşayan barəsində inzibati icraat Şəxs Tapdıq oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı 29 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Məmmədov X4 Rayon Məhkəməsinin 29 oktyabr 2023-cü il tarixli, 2(021)-3696/2023 saylı icra sənədinə əsasən Şəxs Tapdıq oğlundan 2848 manat tutularaq iddiaçı X1 xeyrinə ödənilməli olduğu halda, Şəxs Tapdıq oğlunun ümumilikdə 2848 manat borcu yaranmışdır. Yaranmış borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 göstərdi ki, Məmmədov X4 Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(021)- 3696/2023 saylı icra sənədinə əsasən Şəxs Tapdıq oğlundan 2848 manat tutularaq iddiaçı X1 xeyrinə ödənilməli olduğu halda, Şəxs Tapdıq oğlunun ümumilikdə 2848 manat borcu yaranmışdır. Yaranmış borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Lakin bu günədək heç bir ödəniş etməmişdir. Məhkəmədən barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov X4 Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(021)-3696/2023 saylı icra sənədinə əsasən Şəxs Tapdıq oğlundan 2848 manat tutularaq iddiaçı X1 xeyrinə ödənilməli olduğu halda, 2848 manat borcu yaranmışdır. Lakin yaranmış borcu tam şəkildə ödəməyə imkanı olmamışdır. Məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. Məhkəmə daxil edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Tapdıq oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) Bərdə rayon İcra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edən orqan tərəfindən təqdim edilən material natamam formada toplanmış, aliment borcu düzgün olaraq hesablanmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. İşdən isə müəyyən edilir ki, MN ******* saylı 29 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Məmmədov X4 Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(021)-3696/2023 saylı icra sənədinə əsasən Şəxs Tapdıq oğlundan 2848 manat tutularaq iddiaçı X1 xeyrinə ödənilməli olduğu halda, 2848 manat borcu yaranmışdır, iş materiallarından da görünür ki, borclunun heç bir rəsmi iş yeri, daşınbar və ya daşınmaz əmlakı yoxdur. Belə olan halda Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətaya düzgün qiymət verilməmiş, iş materiallarına bütün sənədlər tamlıqla əlavə edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs Tapdıq oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolonu tərtib etmiş orqana Bərdə rayon İcra və probasiya Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş Şəxs Tapdıq oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiala əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Bərdə rayon İcra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-51/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-51/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver