Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-512/2025 15.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 24 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı, 24 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. İcra məmuru X2 tərəfindən tərtib edilmiş MN ******* saylı 24 iyun 2025-ci il tarixli protokoldan görünür ki, borclu Şəxs 3000 manat cərimələnmişdir. Borclu qərarın qanuni qüvvəyə minməsindən 3 ay keçməsinə baxmayaraq icra sənədi üzrə tələbi təmin etməmişdir. Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 qeyd etdi ki, borclu qanunla müəyyən edilmiş müddətdə tələbi icra etməmişdir. Tələbin təmin edilməsi istiqamətində onun tərəfindən qanuni tədbirlər görülmüşdür. Bu səbəbdən şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahat verərərk qeyd etdi ki, onun barəsində qəbul edilmiş cəriməni maddi imkansızlıq ucbatından ödəyə bilmir. Bu səbəbdən barəsində tətbiq edilmiş cərimənin ictimai işlərlə əvəz edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokola hazırda baxmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması məsələlər barəsində qərardad qəbul edilir. Belə ki, elektron məhkəmə informasiya sisteminə əsasən müəyyən olunur ki, Şəxs məxsus ********** saylı VÖEN vardır. Fəaliyyət dairəsinə santexnika mallarının satışı və stomotoloji kabinet daxildir. Borclunun həmin fəaliyyət sahələrinə münasibətdə hər hansı məcburi icra tədbirlərinin görülməsi iş materiallarına əsasən aşkar olunmur. Bundan başqa, borclunun adına Kapital Bank SB Bərdə filialında və Bank Respublika ASC-nin Bərdə filialında bank hesabları müəyyən olunsa da, həmin hesablara dair inkasso sərəncamları icra işinin materiallarında müəyyən olunmur. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində tərtib edilmiş MN ******* saylı, 24 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim:Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-512/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-512/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver