Məhkəmə qərarları › İş №3(021)-514/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-514/2021

21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-514/2021 21.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X12 oğlunun, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, 02 yanvar 1993-cü il tarixdə Bərdə rayonu Mustafağalı kəndində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Bərdə rayonu, Mustafağalı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 aprel 2021-ci il tarixdə Bərdə şəhəri, Nüşabə küçəsində sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyərək ətrafndkıları ciddi narahat etmişdir. Məhkəmə iclasında Bərdə rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X12 oğlu izahatında göstərdi ki, Polis şəbəsinin inzibati binasının yaxınlığında polis əməkdaşları tərəfindən bir nəfər şəxsin aşkar vəziyyətdə sərxoş vəziyyətdə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğunu və həmin şəxsə yaxınlaşaraq həmin şəxsi nizam intizama dəvət edərkən, həmin şəxs özünə xəsarət yetirəcəyi ilə hədələyib ucadan nalayiq söyüşlər söyüb ictimai qaydanı pozub. Polis əməkdaşları həmin şəxsi sakitləşdirib Bərdə rayon Polis Şöbəsinə gətirmək istəyərkən, o gəlməkdən qərəzli imtina edərək qanuni tələblərinə tabesizlik göstərib. Dövlət və dövlətçilik əleyhinə ifadələr işlətmiş, polis əməkdaşlarını söyü təhqir etmişdir. Bu səbəbdən o məcburi şəkildə polis şöbəsinə gətirilib. Məhkəmədən Şəxs ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 20 aprel 2021-ci tarixdə bir gədər spirtli içki gəbul edib. Saat 19:30 radələrində Bərdə şəhəri, Babək küçəsində olarkən əsəbi olduğu üçün ucadan söyüşlər söyüb. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq, onu nizam– intizama dəvət ediblər. O sərxoş olduğu üçün onu polis şöbəsinə aparmasın deyə özünə xəsarət yetirməyə çalışıb və tabesizlik göstərib. Söz verir ki, bir daha ictimai qaydanı pozmayacaq. Məhkəmədən barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş Bərdə rayon X13 Patrul Xidməti bölüyünün, polis nəfəri, polis serjantı X2 izahatında bildirdi ki, xidmət apardığı zaman Bərdə rayon Polis Şöbəsinin inzibati binasının yaxınlığında bir nəfər şəxsin aşkar vəziyyətdə sərxoş vəziyyətdə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğunu gördü. Həmin şəxsə yaxınlaşaraq nizam intizama dəvət etdi. Həmin şəxs özünə xəsarət yetirəcəyi ilə məni hədələyib ucadan nalayiq söyüşlər söyüb ictimai qaydanı pozdu. Həmin şəxsi sakitləşdirib rayon Polis şöbəsinə gətirmək istəyərkən, o gəlməkdən qərəzli imtina edərək onun və digər polis əməkdaşı X6 qanuni tələblərinə tabesizlik göstərdi. Bu səbəbdən o məcburi şəkildə polis şöbəsinə gətirildi. Məhkəmə iclasında şahid qismində izahat vermiş Bərdə rayon X13 Patrul Xidməti bölüyünün, polis nəfəri X3 rayon X13 Patrul Xidməti bölüyünün, polis nəfəri, polis serjantı X1 izahatı ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan 4575 saylı 20 aprel 2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoş vəziyyətdə olmaqla davranış tərzi gərgin və aqressiv olmuşdur. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X8 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin və şahidlərin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 21 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Belə ki, iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 3 (021)-159/2021 saylı 11 fevral 2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki, Şəxs 20 aprel 2021-ci il tarixdə Bərdə şəhəri, Nüşabə küçəsində sərxoş vəziyyətdə ucadan nalaiq söyüşlər söyərək ətrafdakıları ciddi narahat etmiş və polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan o, həmin maddələr ilə məsuliyyətə cəlb edilməklə barəsində inzibati qaydada həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 20 aprel 2021-ci ildə saat 20:10-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 20 aprel 2021-ci il tarixdən saat 20:10-dan hesablanmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRAR ALDİ Şəxs Bərdə rayon X9 Təhlükəsizlik Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərəkbarəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan Şəxs təyin edilmiş inzibati həbs tənbehləri qismən toplanılmaqla, ona qəti olaraq 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 20 aprel 2021-ci il tarixdən, saat 20:10-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar