Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-514/2025 15.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı, 19 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı, 19 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. AYNA-nın QRJ-nin inspektoru tərəfindən tərtib edilmiş MN ******* saylı 19 iyun 2025ci il tarixli protokola əsasən, xx.xx.2025-ci il tarixdə saat 11:33 radələrində Bərdə rayonu Bakı küçəsində reyd keçirilən zaman Mercedes markalı ** BS *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü tələb olunan sənədləri təqdim etməyərək əməkdaşların xidməti vəzifələrini yerinə yetirməsinə mane olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə tərəflərin və ya onların nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokola hazırda baxmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması məsələlər barəsində qərardad qəbul edilir. Sözügedən xətanın həqiqətən Şəxs tərəfindən törədilməsi iş materiallarına əsasən müəyyən olunmur. Bu səbəbdən məhkəmə inzibati xətaya dair yekun akt çıxarmağı deyil, sözügedən işə dair meterialları həmin orqana qaytarmaqla natamamlığın aradan qaldırılmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində tərtib edilmiş MN ******* saylı, 19 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-514/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-514/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver