Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-517/2021 23.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs İnzibati xəta törətmiş şəxsin vəkili Vəkil Zərərçəkmiş şəxs Aygün Saday qızı Paşayevanın_ Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə xx xxxxxx 1984-cü ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri, Nizami küçəsi ev 153, mənzil 13-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)- 6803/2016 saylı 20 dekabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən 3010 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli icra sənədinə əsasən iki uşağın saxlanılması üçün Aygün Paşayevaya hər ay hər uşağa görə 80 manat aliment ödəməlidir. Onun hazırda Aygün Paşayevaya 3010 manat aliment borcu qalmışdır. 23 aprel 2021-ci ildə saat 1500-da icra məmuru barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə gətirmişdir. Heç bir yerdə işləmir, qeyd olunan aliment borcunu birdəfəyə ödəməyə imkanı yoxdur. Aliment borcunu hissə-hissə ödəyə bilər. Maddi vəziyyətini nəzərə alaraq ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın saxlanılması üçün ona hər ay hər uşağa görə 80 manat aliment ödəməlidir. Elgün Məmmədovun hazırda ona 3010 manat aliment borcu qalmışdır. Sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2016-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs hər ay hər uşağın saxlanılması üçün 80 manat aliment tutularaq X7 verilməlidir. Elgün Məmmədovun 3010 manat aliment borcunun olduğunu, sonuncunun 23 aprel 2021-ci ildə saat 15 radələrində saxlanılaraq Bərdə Rayon Məhkəməsinə gətirildiyini qeyd edərək Elgün Məmmədovun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli 2(021)-6803/2016 saylı icra vərəqəsindən müəyyən olunur ki, 09 sentyabr 2009-cu il tarixdə anadan olmuş X3 və 10 oktyabr 2010-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 noyabr 2016-cı il tarixdən başlayaraq cavabdeh X6 hər ay hər uşaq üçün sabit pul məbləğində 80 manat olmaqla, cəmi 160 manat aliment tutularaq X7 verilməsi, X6 30 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, icra məmurunin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 23 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə iclasında məlum olmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 20.12.2016-cı il tarixli 2(021)-6803/2016 saylı icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın saxlanılması üçün tələbkar X7 hər ay 160 manat aliment ödəməli olduğu halda, borclunu ödəməmiş, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan aliment borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 23 aprel 2021-ci ildə saat 1500-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 23 aprel 2021-ci il tarixdən saat 1500-dan hesablanmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 528.1, 360,362-365,425,430- 432-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 23 aprel 2021-ci il tarixdən saat 1500-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-517/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-517/2021
23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver