Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-519/2021 07.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Əyyub Kərimov Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1982-ci ildə, Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, kredit təşkilatda direktor işləyən, Bərdə şəhəri, Nizami küçəsi, ev 2, mənzil 8-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 333.1-ci və 329.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri, Yasamal rayon məhkəməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Bakı şəhəri, Yasamal rayonunda İXM-in 333.1-ci və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibаti xətа haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, o, 28.02.2021-ci il tarixdə, saat 06:59-da təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir.Ona görə də onun barəsində İXM-in 333.1-ci və 329.1-ci maddələri ilə inzibаti xətа haqqında prtokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilmişdir. Şəxs Bakı şəhəri, Yasamal rayon məhkəməsinə ərizə ilə müraciət edərək Bərdə rayon sakini olmaqla həmin ünvanda qeydiyyatda olub yaşadığını, pandemiya dövrünü nəzərə alaraq Bakı şəhəri gəlib-qayıtmaq çətin olduğundan xüsusəndə qeydiyyat ünvanını nəzərə alınaraq inzibati işi baxılması üçün Bərdə rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 3(004)-771/2021 saylı, 14.04.2021-ci il tarixli Şəxs barəsində olan İXM-in 333.1-ci və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibаti material baxılması üçün Bərdə rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında İXP ******* nömrəli, 28.02.2021-ci il tarixli protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz” minik markalı, **-KH-*** d.n.n-lı avtomobili ilə Bakı şəhəri Yasamal rayonu kənar dairəvi yolda hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ərazidə xidmət aparan DYPİ-nin YPX inspektoru X2 tərəfindən saxlanmış və sənədlərə baxış zaman sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Ona görə də Şəxs barəsində İXM-in 333.1-ci və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibаti xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək izahatında göstərdi ki, etibarnamə əsasında “Mercedes-Benz” minik markalı, **-KH-*** d.n.n-lı avtomobili idarə edir. 28.02.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu kənar dairəvi yolda hərəkətdə olan zaman ərazidə xidmət aparan DYPİ-nin YPX inspektoru ona “saxla” işarə vedikdən sonra o, idarə etdiyi avtomobili saxlamışdır. İnspektor ona yaxınlaşaraq saxlamının səbəbini təhlükəsizlik kəmərindən istifadə etmədiyini göstərmişdir. O həmin vaxt təhlükəsizlik kəmərindən istifadə etmiş, kəmərlə bağlı heç bir radara düşməmişdir. Sərxoşluqla bağlı protokola isə onu aldadaraq imza etdirmişlər. Bundan sonra özü DİN-nin 102 qaynar xəttinə zəng edərək barəsində tərtib edilmiş saxta protokol barədə məlumat vermiş və dərhal tibbi müayinədən keçmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə getmişdir. Aldığı 2/2491 saylı, 28.02.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, onda heç bir sərxoşluq əlaməti aşkar edilməmişdir. Ona görə də barəsində tərib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin bilavasitə tabe olduğu orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin bilavasitə tabe olduğu orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barədə İXM-in 329.1 və 333.1-ci mаddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs əməlində İXM-in 329.1 və 333.1-ci maddələrinin tərkibi yoxdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni avtomobili təhlükəsizlik kəmərindən istifadə etməməklə sərxoş halda idarə etməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İş materiallarında olan 2/2491 saylı, 28.02.2021-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan müəyyən olunur ki, Şəxs 28.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində tibbi müayinədən keçmiş və onda hər hansı sərxoşluq əlaməti aşkar edilməmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs qeyd olunun inzibati xətaları törətməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci mаddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-519/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-519/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver