Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-52/2021 17.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirаkları ilə, xx.xx.1998-ci il tarixdə Bərdə şəhərində аnаdаn оlmuş, Bərdə şəhər Meşəçilik İnstitutunda yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 09.12.2020-ci ildə Bərdə şəhər Meşəçilik qəsəbəsində X9 məxsus samsung markalı televizoru oğurlamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X12 izahatında bildirdi ki, Şəxs oğlu 09.12.2020-ci ildə Bərdə şəhər Meşəçilik qəsəbəsində X9 məxsus samsung markalı televizoru oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Bərdə şəhər Meşəçilik qəsəbəsində adi sonrada ona məlum olan X9 məxsus 80 manat dəyərində samsung markalı televizoru oğurlamış və 40 manata taanımadığı şəxsə satmışdır. Hazırda əməlindən peşmandır. O, bu barədə ərizəni məhkəməyə təqdim etdi. Zərərçəkmiş şəxs X13 məhkəmədə izahatında bildirdi ki, onun evindən samsung markalı televizoru oğurlanmışdır. Hələ də geri qaytarmayıblar. O, televizorunu tələb edir. İşdə olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 19.12.2020-ci il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, Bərdə RPŞ-nin TB-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərar və həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Məhkəmə Şəxs oğlunun əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs oğluna inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, ona 01 (bir) ay gün inzibati tənbeh- həbs tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı: Şəxs oğlu İXM-in 227-ci mаddəsi ilə təqsirli bilinərək, bаrəsində 01 (bir) ay müddətinə inzibаti tənbeh- həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 16 yanvar 2021-ci il tаrixdən, saat 12:10–dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti elan edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikаyət verilə bilər Hakim: Qamət Əbilov İş № 3(021)-10 /2020 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ QƏRAR 16 sentyabr 2020-ci il Bərdə şəhəri Bərdə rayon məhkəməsi Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 03.08.2020-ci ildə Bərdə şəhər H.Əliyev prospektində X1 məxsus su motorunu oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 19.04.2020-ci ildə X10 cibindən 70 çmanat pul oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu Bərdə şəhər B.Hacıyev küəsində X7 50 manat dəyərində samovarını oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 25.08.2020-ci ildə Bərdə şəhər Qarabağ qəsəbəsində yaşayan X2 məxsus 90 manat dəyərində 2 ədəd samovarı oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 25.08.2020-ci ildə Bərdə şəhər S.Vurğun küçəsində X8 məxsus 70 manat dəyərində su motorunu oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu Bərdə şəhər K.Cabbarov küçəsində yaşayan X3 90-100 manat dəyərində gəbəsini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 21.08.2020-ci ildə X5 məxsus evin həyətindən 1 dəst cins şalvar 1 dəst köynək və 1 cüt ayaqqabı oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu X11 məxsus 650 manat dəyərində telefon oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-nə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar v e r d i m: Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-10 /2020, 3(021)-997/2020, 3(021)-998/2020, 3(021)-999/2020, 3(021)-1000/2020, 3(021)-1001/2020, 3(021)-1002/2020 və 3(021)- 1003/2020 saylı inzibati işlər bir icraatda baxılsın. İşə 16 sentyabr 2020-ci il tarixdə saat 17:30-da Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-52/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-52/2021
17.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver