Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-520/2021 07.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi X7, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Həsənova X3 Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon İcra və probasiya şöbəsi tərəfindən 18 yanvar 2021-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli, 3(021)-55/2021 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Həsənova X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (min) manat cərimə edilmişdir. Həmin qərardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 3(104)- 98/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli, 3(021)-55/2021 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında material yenidən baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İşin yenidən baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, tərəflər məhkəmə iclasında iştirak etməmişidir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, qənaətə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olsa da hazırki vəziyyətdə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli 2(021)-1228/2020 nömrəli icra sənədinə əsasən tələbkar X9 02 mart 2013-cü il təvəllüdlü X13 ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 11:00-dək gecəni qalmaq şərti ilə və 17 fevral 2018-ci il təvəllüdlü Həsənov Hikmət Mehman oğlu şənbə günü saat 11:00-dan 14:00-dək ünsiyyət də olmaq hüququ (görüş) verilmişdir. Lakin Şəxs icra sənədi üzrə icra məmurunun tələblərini yerinə yetirməyərək, Həsənov Mehman Sahib oğlu ilə uşaqlarının ünsiyyətdə olmasına şərait yaratmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci madəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən onun barəsində MN № ******* saylı 18 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cu maddəsinin tərkib əlamətləri mövcuddur və barəsində tərtib olunmuş MN ******* saylı protokol qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Gəncə Apellyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 3(104)-98/2021 nömrəli qərarında icraata başlamaq haqqında qərarın, o cümlədə tələbin könüllü icrası barədə bildirişin borclu şəxsə göndərilməsini təsdiq edən halların birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaması qeyd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin müvafiq tələbləri hazırki baxış iclasında araşdırılmış və məhkəmə tələb olunaraq öyrənilmiş icra işi ilə aşağıdakıları qeyd edir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1128/2020 saylı 30 iyun 2020-ci il tarixli icra sənədindən görünür ki, tələbkar Həsənov Mehman Sahib oğluna 02 mart 2013-cü il təvəllüdlü X15 ilə hər həftə şənbə günü saat 11:00-dan bazar günü saat 11:00-dək güməni qalmaq şərti ilə və 17 fevral 2018-ci il təvəllüdlü X14 ilə Şənbə günü saat 11:00dən 14:00-dək ünsiyyətdə olmaq hüququ (görüş) verilməlidir. İş materialarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin 05 avqust 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının sürətindən görünür ki, Şəxs tələbin könüllü icrası ilı bağlı 10 gün müddət verilmişdir. İş materiallarında olan 05 avqust 2020-ci il tarixli bildirişdə Şəxs tələbin könüllü icrası üçün vaxt verilməsi qeyd olunmuşdu. İş materialınada olan Bərdə rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı 19 noyabr 2020-ci il tarixli məktubun sürətindən görünür ki, qeyd olunan icra sənədi üzrə borclu Şəxs könüllü icra müddəti verilmiş, lakin həmin müddətdə öhdəliyi icra etmədiyinə, icra məmurunun çağırışı ilə gəlməkdən boyun qaçırdığına görə Bərdə şəhəri H.Əliyev prospekti 112/24-də yaşayan Şəxs sahə müvəkkilinin müşayəti ilə Bərdə rayon İcra Şöbəsinə gətirilməsinə dair köməklik göstərilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Bərdə rayon İcra və X11 Rayon Məhkəməsinə daxil olmuş təqdimat əsasında Bərdə Rayon Məhkəməsinin 2(021)-1128/2020 saylı 30 iyun2020-ci il tarixli icra sənədi üzrə borclu ünvan 1 ünvanda yaşayan Şəxs Bərdə rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi bərədə Bərdə Rayon Məhkəməsi tərəfindən 8(021)-207/2020 nömrəli, 21 dekabr 2020-ci il tarixli, qərardad qəbul olunmuşdu. Şəxs nümayəndəsi X4 13 noyabr 2020-ci il tarixli izahatında bildirmişdir ki, Bərdə Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli icra sənəti üzrə apellyasiya məhkəməsinə şikayət verib. Onunla əlaqədər məhkəməyə gedib arayış veribverməsə də 23 noyabr 2020-ci il tarixdə icra şöbəsində olmağına söz vermişdir. İcra işi materiallarında olan 19 noyabr 2020-ci il tarixli Bərdə rayon İcra və X18 Rayon Polis şöbəsinə ünvanlanmış məktubun surətindən görsənir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1128 saylı 30 iyun 2020-ci il tarixli icra sənədinə əsasən iddiaçı X9 02 mart 2013cü il təvəllüdlü X13 ilə her həftənin şənbə bazar günü saat 11:00-dan bazar günü saat 11:00-dək gecəni qalmaq şərti 17 fevral 2018-ci il təvəllüdlü X14 ilə şənbə günü saat 11:00-dan bazar günü saat 14:00-dək ünsiyyətdə olmaq hüququ verilsin. Məhkəmə qərarının icrası ilə bağlı Bərdə şəhəri H.Əliyev prospekti 112 mənzil 24-də yaşayan Şəxs Ehtivar qızına könüllü icra müddəti verilmiş, lakin həmin müddətdə borcunu təmin etməmiş, borcunu bu vaxta kimi ödənilməmiş və icra məmurunun çağırışı ilə gəlmədən boyun qaçırmışdır. Bərdə şəhəri H.Əliyev prospekti 112 mənzil 24-də yaşayan Şəxs sahə müvəkkilinin müşayiəti ilə Bərdə rayon İcra şöbəsinə gətirilməsinə dair əməli köməklik göstərməsi üçün aidiyyəti üzrə göstəriş verməsini xahiş etmişdir. Bərdə şəhəri H.Əliyev prospekti 112/24-də yaşayan Şəxs məhkəmə qərarı üzrə icra məmurunun çağırışıilə gəlməkdən yayınmışdır. Borclu icra məmurunun çağırışı ilə gəlmədikdə onun məcburi qaydada gətirilməsi üçün qərar qəbul edilir. 22 yanvar 2021-ci tarixli Bərdə rayon Polis Şöbəsinin rəisi polis polkovniki Muradali Babayevə, Bərdə rayon İcra Həkimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasına, Bərdə rayon Təhsil Şöbəsinə və Şəxs göndərilmiş məktublardan görünür ki, adları çəkilən şəxslər Bərdə Rayon Məhkəməsinin 2(021)1128 saylı 30 iyun 2020-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X9 02 mart 2013-cü il təvəllüdlü X13 ilə her həftənin şənbə bazar günü saat 11:00-dan bazar günü saat 11:00-dək gecəni qalmaq şərti 17 fevral 2018-ci il təvəllüdlü X14 ilə şənbə günü saat 11:00-dan bazar günü saat 14:00-dək ünsiyyətdə olmaq hüququnun verilməsi barədə məlumatlandırılmışlar. İcra işi materiallarında olan 29 yanvar 2021-ci il tarixli aktdan görünür ki, Bərdə rayon icra və probasiya Şöbəsinin böyuk məçmuru X10, icra məmuru X2, hal şahidləri X17, X5 iştirakları ilə akt tələb edib ondan ötrü ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1128 30 iyun 2020-ci il tarixli icra sənədi üzrə borclu X1 ünvanlandığı ərizə ilə bağlı ***-***-**-** mobil nömrə ilə əlaqə saxlanıldı. Mobil telefonla danışan borclunun qardaşı olduğunu bildirdi. Ona ünvanlandıqları ərizə ilə bağlı məlumat verildi və uşaqlarla ünsiyyəti ilə bağlı ünsiyyətin təmin olunması tələb olundu, tələbi təmin edəcəklərini bildirdilər. Akt tərtib edilib doğruluğu imzaları ilə təsdiq olunub. Beləliklə, iş materiallarından və icra işi materiallarından görünür ki, barəsndə inzibati icraat aparılan Şəxs və eləcə də onun nümayəndəsnə icra işi ilə bağlı görülən tədbirlər və qəbul edilmiş qərarlar, o cümlədən göndərilən məktublarla tanış edilmiş və məlumatlandırılmışlar. Gəncə Apellyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 3(104)-98/2021 nömrəli qərarında həmçinin Bərdə rayon İcra və probasiya şöbəsi tərəfindən 18 yanvar 2021-ci il tarixdə tərtib edilmiş MN № ******* saylı protokolun tarixinə düzəliş edilməsini, bu düzəlişin birinci instansiya məhkəməsi tərəfindən ilkin baxış zamanı araşdırılmamasına dair göstərişinə gəlincə məhkəmə onu qeyd etməyi zəruri bilir ki, həmin məsələ ilə bağlı Bərdə rayon İcra və probasiya şöbəsi tərəfindən məhkəməyə daxil olmuş 109480/06 saylı 07 may 2021-ci il tarixli məktubdan görünür ki, inzibati xəta ilə bağlı tərtib edilmiş protokol 18 yanvar 2021-ci il tarixdə tərtib edilmiş və protokolun surətinin borclu tərəfindən alınmasını təsdiq edən protokolun ikinci səhifəsində qeyd edilən tarix texniki səhv olaraq 08 yanvar 2021-ci il tarix kimi göstərilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinn tərkib əlaməti olduğundan o, həmin maddə ilə təqsirli bilinməlidir. Lakin məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Qanunvericiliyin yuxarıdakı müddəasından da görünür ki, xırda xuliqanlıq əməli üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti üç aydır. Belə ki, iş materiallarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin MN № ******* saylı 18 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, hazırki inzibati xəta hadisəsi 18 yanvar 2021-ci il tarixdə baş vermiş və Şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti artıq 18 aprel 2021-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bundan başqa məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 mart 2019-cu il tarixli qərarında qeyd edilir: “......Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Həmçinin, X6 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar.” Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin həmin Məcəllənin 38-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRAR ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin. İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-520/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-520/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver