Məhkəmə qərarları › İş №3(021)-522/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-522/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-522/2021 07.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, Məhkəmə iclas katibi X9 iştirakı ilə, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X10 18 dekabr 2021-ci il tarixli MN 0758447nömrəli İnzibati Xəta haqqında protokoldan X2 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X10 18 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Bərdə rayonu Mollalı kənd ərazisində qanunsuz olaraq ov etməsi və ov qaydalarını kobud şəkildə pozulmasına görə X16 Sahib oğlu 1000 manat cərimə olunmuşdur. X2 həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X10 18 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bərdə rayonu, Mollalı kənd ərazisində pambıq əkini var, həmin əraziyə gedərkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq qanunsuz ov etməsi barədə ona 1000 manat cərimə olunmuşdur. Həmin zaman avtommobilimdən silahı müsadirə ediblər. Həmin silahın içərisində 1 ədəd güllə mərmisi olmuşdur. Ona qanunsuz olaraq ovla məşğul olması bildirilmişdir. X8 bildirmişdir ki, həmin zaman yanında qohumu X15 olmuşdur. Həmin şəxs dindirilmədən qanunsuz olaraq qərar qəbul edilmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı X14 Firdovsi Sahib oğlu şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq şikayətçi X11 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə verilmiş şikayəti, şikayətə əlavə edilmiş sənədləri araşdırıb, o cümlədən tərəflərin çıxışlarını dinləyib belə hesab edir ki, X14 Firdovsi Sahib oğlu tərəfindən verilmiş şikayət qərardan şikayət vermə müddəti ötürüldüyündən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Lakin iş materiallarında müəyyən olunur ki, X14 Firdovsi Sahib oğluAzərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X10 18 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarını 05 yanvar 2021-ci il tarixdə müvafiq qəbzə imza etməklə almış, həmin qərardan şikayəti isə 27 aprel 2021-ci il tarixdə məhkəməyə vermişdir. Bundan başqa buraxılmış prosessual müddətin bərpası üçün vəsatətlə məhkəməyə müraciət etməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 126-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 tərəfindən verilmiş şikayət geri qaytarılsın. İnzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilmə müddəti barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin müddəaları izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar