Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-523/2021 07.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Qarabağ regional Dövlət yanğın nəzarəti idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru, daxili xidmət kapitanı X2, Qarabağ regional Dövlət yanğın nəzarəti idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru, daxili xidmət mayoru X1, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, 26 dekabr 1975-cı il tarixdə Bərdə rayon Böyük Göyüşlü kəndində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Bərdə rayonu, Böyük Göyüşlü kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bayramov X4 Xətalar Məcəlləsinin 602.4-cü mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Qarabağ regional Dövlət yanğın nəzarəti idarəsinin Dövlət yanğın nəzarəti şöbəsi tərəfindən 12 yanvar 2021-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 3(021)-56/2021 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Bayramov X4 Xətalar Məcəlləsinin 602.4cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat cərimə edilmişdir. Həmin qərardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 3(104)- 99/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 3(021)-56/2021 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında material yenidən baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qarabağ regional Dövlət yanğın nəzarəti idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru, daxili xidmət mayoru X3 bildirdi ki, Şəxs məxsus mağazada yoxlama keçirmək üçün plandan kənar yoxlama qərarını təqdim etmişlər, lakin Şəxs sənədləri əqdim etməyərək yoxlama keçirilməsinə şərait yaratmamışdır. Obyektin qarşısında benzinin isə ona məxsus olmadığını anasına məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında Qarabağ regional Dövlət yanğın nəzarəti idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru, daxili xidmət kapitanı X5 eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs izahatında bildirdi ki, Qarabağ regional Dövlət yanğın nəzarəti idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin əməkdaşları ona yaxınlaşaraq sənəd göstərib bildirmişlər ki, benzinə görə ondan şikayət vardır. O, isə bildirmişdir ki, benzin ona aid deyil, anasına məxsusdur. Ancaq onlar ona məhəl qoymadan inzibati protokol tərtib etmişlər. Məhkəmə iş materiallarını araşdırıb hesаb edir ki, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İş materiallarında olan Qarabağ regional Dövlət yanğın nəzarəti idarəsinin Dövlət yanğın nəzarəti şöbəsini tərəfindən tərtib edilmiş 12 yanvar 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 yanvar 2021-ci il tarixdə, Bərdə rayonu, Böyük Göyüşlü kəndində Qarabağ regional Dövlət yanğın nəzarəti idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin əməkdaşları tərəfindən obyektində yoxlama aparılarkən yoxlamaya aid sənədləri təqdim etməmiş, yoxlama zamanı yaranan suallara cavab verməmişdir. Bununla da Azərbayca Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üzrə materialdan görünür ki, Şəxs barəsində tərtib edilmiş 12 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokol Şəxs məxsus mağazada plandankənar yoxlama keçirilməsinə şərait yaradılmaması və tələb edilən sənədlərin təqdim edilməməsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin dispozisiyasından göründüyü kimi həmin maddə ilə inzibati məsuliyyətin yaranması üçün sahibkar tərəfindən müəyyən hüquqa zidd hərəkət və ya hərəkətsizlik olmalıdır. Lakin hazır ki, inzibati xəta haqqında materialdan Şəxs hansı hüquqa zidd hərəkətə və ya hərəkətsizliyə yol verməsi müəyyən olunmamışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, benzin satışı barəsində inzibati icraat aparılan şəxsin dükanından aralıda yerləşir və həmin benzin satışına Şəxs heç bir aidiyyəti yoxdur. Bu fakt məhkəmə iclasında Qarabağ regional Dövlət yanğın nəzarəti idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin əməkdaşlarının izahatları ilə də təsdiq edildi ki, dükanda heç bir benzin satışı həyata keçirilməmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin dispozisiyasında sadalanan hallar Şəxs əməlində yoxdur. Belə ki, Şəxs Qarabağ regional Dövlət yanğın nəzarəti idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin əməkdaşları yaxınlaşarkən dükanı açmış, dükana baxış keçirilməsi üçün şərait yaratmış və verilən suallara cavab vermişdir. Bu hallar iş materiallarında olan izahatlardan və eləcə də dükanın içərisində və çöl tərəfindən çəkilmiş fotoşəkillərlə də təsdiq olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRAR ALDİ Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-523/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-523/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver