Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-526/2025 09.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X3 iştirakı ilə, xx xxxx 1992-ci ildə Bərdə rayonu Muğanlı kəndində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə rayonu Muğanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə rayonu Qaradəmirçi kəndinə yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə olan marixuana istifadə edir. xx.xx.2025-ci il tarixdə Tərtər rayonunda, Tərtər çayının üzərindən keçərkən bir ədəd sellofan paketdə marixuana tapmış, marixuananı cibinə qoyaraq yaşadığı evə gətirmiş və istifadə etmişdir. xx.xx.2025ci ildə yenə də marixuananı siqaretə doldurub çəkərkən iki nəfər mülki geymli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, sonunculara narkotik vasitə istifadə etdiyini bildirmişdir. Polis əməkdaşları onu test edən zaman marixuana istifadə etdiyini aşkar etmişlər. Səhvini başa düşür, əməlindən peşmandır. Söz verir ki, bir daha hər hansı qanun pozuntusu törətməyəcəkdir. Göstərdiklərinin nəzərə alınmasını və ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə RPŞ İTB-nin polis sahə rəisi X5 göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə RPŞ-nə gətirilmiş, narkoloji müayinədən keçirmiş və məlum olmuşdur ki, o narkotik vasitə hesab edilən marixuanadan istifadə etmişdir. Bərdə RPŞ-nin təhqiqat bölməsinin 10 may 2025-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Bərdə RPŞ-nin İTB-nə verilmişdir. Bundan sonra Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarında olan Bərdə RPŞ Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X4 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 may 2025-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. 05 may 2025-ci il tarixi, 461 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə Protokolundan görünür ki, Şəxs marixuanadan istifadə etməsi müəyyən edilmişdir. İXM-nin 32.1.1-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir.. Şəxs əməlindən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X3 ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 may 2025-ci il tarixli qərar, inzibati xəta haqqında 09 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün X2 inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, o cümlədən, cəzasını yüngülləşdirən halı, habelə bir daha hər hansı qanun pozuntusu törətməyəcəyinə vəd verməsini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-526/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-526/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver