Məhkəmə qərarları › İş №3(021)-528/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-528/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-528/2021 03.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 13 avqust 1982-ci il tarixdə Bərdə rayon Təzəkənd kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Uğurbəyli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-995/2011 saylı 23 iyun 2011-ci il tarixli icra sənədi üzrə tələbkar X4 1050 manat aliment borcu yaranmışdır, həmin borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 göstərdi ki, Bərdə Rayon 2(021)-995/2011 saylı 23 iyun 2011-ci il tarixli icra sənədi üzrə tələbkar X4 1050 manat aliment borc Şəxs tərəfindən ödənilməmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilmiş, ölkədən çıxmaq hüququna məhkəmə tərəfindən məhdudiyyət qoyulmuşdur. Borclu icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, həmin borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnamələrini heç bir üzürlü səbəblər olmadan icra etməmişdir. Məhkəmədən Şəxs inzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, o fevral ayında 100 manat, mart ayında 150 manat, aprel ayında 100 manat aliment borcundan ödədiyini və 200 manat bacısı bu ay üçün poçt vasitəsi ilə ödəniş etmiş, hazırda məhkəmə zalında 200 manat nağd şəkildə ödəniş etmişdir. Borcu ödəməyə hazır olduğunu, sadəcə imka elədikcə mütəmadi ödənişlər etdiyini qeyd edərək məhkəmədən nəzərə alaraq ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 izahatında ödənilməli olan məbləğin tam şəkildə ödənilməsini xahiş etdi. Bundan başqa tələbkar X6 izahatına əlavə olaraq bildirdi ki, ödənilmiş 400 manatı qəbul edir və qalan hissəsini də tez bir zamanda ödənilməsini tələb təmin edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın, icra məmurunun izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs mütəmadi olaraq ödənişlər etmiş və məhkəmə qərarının icrasından qərəzli şəkildə yayınma halları mövcud olmamışdır. Bundan başqa yaranmış 1050 manat borcdan 400 manat ödəniş məhkəmə iclas zalında həyata keçirilmiş və cəmi borc 650 manat təşkil edir. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar