Məhkəmə qərarları › İş №3(021)-529/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-529/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-529/2021 03.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1982-ci ildə, Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri, Bakı küçəsi ev 1-də yaşayan Şəxs (AZE ********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində 03.05.2021-ci il tarixdə Bərdə RPŞ-də İXM-nin 535.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 03.05.2021ci il tarixdə Bərdə şəhəri, Bakı küçəsində “Təzə Bazarın”ın qarşısında ictimai qaydanı pozan zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon Polis şöbəsinin sahə rəisi X3 izahatında göstərdi ki, Bərdə şəhər sakini Şəxs bir nəfər başqa şəxslə 03.05.2021-ci il tarixdə saat 12:30 radələrində Bərdə şəhəri, Bakı küçəsində “Təzə Bazarın”ın qarşısında uca səslə bir birləri ilə mübahisə etmişlər. Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq onları sakitləşdirərək nizam intizama dəvət etməyə çalışmış, lakin Şəxs polisin qanuni tələbinə məhəl qoymadan öz hərəkətlərini davam etdirmişdir. Polis əməkdaşları həmin şəxsi polis şöbəsinə gətirmiş və onun tərəfindən 03.05.2021-ci il tarixdə İXM-nin 535.1-ci maddəsilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və qanuni tənbeh tədbirinin seçilməsi üçün rayon məhkəməsinə gətirmişdir. Məhkəmədən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək izahatında göstərdi ki, 03.05.2021-ci il tarixdə saat 12:30 radələrində Bərdə şəhəri, Bakı küçəsində “Təzə Bazarın”ın qarşısında mübahisə edən zaman bir nəfər mülki formalı şəxs ona yaxınlaşaraq özünü təqdim edən zaman o qaçmağa başlamış və DİN-nin 102 xəttinə zəng etmişdir. Belə etməsinə səbəb 1 dəfə polis adı ilə onu aparıb döymələri olmuşdur. Ona görə də bu dəfə qorxdum. Sonra onlar məni tutub polisə apardılar. Özünü qismən təqsirli bilir. Nəzərə alınmasını məhkmədən xahiş etdi. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri işləyir. 03.05.2021-ci il tarixdə polis həmkarı X5 ilə ərazidə xidmətdə olan zaman Bərdə şəhəri, Bakı küçəsində “Təzə Bazarın”ın qarşısında iki nəfər şəxsin uca səslə bir biri ilə mübahisə etdiklərini görmüş, onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt Şəxs əli cibində dayanmışdır. Ondan “cibində nə var soruşduqda?” “Heç nə” deyib qaçmağa başladı. Başqa polis əməkdaşının köməkliyi ilə Şəxs saxlayaraq onu sakitləşdirərək nizam intizama dəvət etməyə çalışsada Şəxs polisin qanuni tələbinə məhəl qoymadan öz hərəkətlərini davam etdirdi. Ona görə də həmin şəxsi polis şöbəsinə gətirib rəhbərliyin adına raport tərtib etmişlər. Digər şəxs isə hadisə yerindən yayınmışdır. Məhkəmə iclasında digər şahid X5 şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 535.1ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Bərdə rayon Polis şöbəsinin sahə rəisi X3 tərəfindən tərtib edilmiş MN № ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs 03.05.2021-ci il tarixdə Bərdə şəhəri, Bakı küçəsində “Təzə Bazarın”ın qarşısında ictimai qaydanı pozarkən onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddəyə əsasən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Bərdə şəhər sakini Şəxs bir nəfər başqa şəxslə 03.05.2021-ci il tarixdə saat 12:30 radələrində Bərdə şəhəri, Bakı küçəsində “Təzə Bazarın”ın qarşısında uca səslə bir birləri ilə mübahisə etmişlər. Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq onları sakitləşdirərək nizam intizama dəvət etməyə çalışmış, lakin Şəxs polisin qanuni tələbinə məhəl qoymadan öz hərəkətlərini davam etdirmişdir.Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.2-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi hesab edilir. Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən peşiman olması, məsuliyyətinin ağırlaşdıran hal isə məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda, İXM-in 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 535.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 08 (səkkiz) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 08 (səkkiz) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilsin. Həbs etmənin əvvəli 03 may 2021-ci il tаrixdən, sааt 16:20-dən hesablansın. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib edən şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn Polis Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar