Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-529/2025 09.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, X6 iclas katibliyi, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, tələbkar X4 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Bərdə rayonu Gülgəzli kəndində doğulmuş, orta təhsilli, Bərdə rayonu, Kolayr kənd Uşaq Musiqi məktəbində kamança müəllimi vəzifəsində çalışan, Bərdə rayonu Gülgəzli kəndində qeydiyyatda olmaqla, Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində ünvansız evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən 9 iyul 2025-ci il tarixli, MN №2090550 saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 15 sentyabr 2011-ci il tarixli 2(021)-1425/2011 saylı, Bərdə Rayon Məhkəməsinin 4 iyun 2012-ci il tarixli 2(021)-749/2012 saylı, Bərdə Rayon Məhkəməsinin 8 dekabr 2014-cü il tarixli 2(021)-2308/2014 saylı, Bərdə Rayon Məhkəməsinin 21 iyul 2016-cı il tarixli 2(021)-3796/2016 saylı və Bərdə Rayon Məhkəməsinin 14 fevral 2015-ci il tarixli 8(021)-52/2025 saylı icra sənədlərinə əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləği aliment alınaraq iddiaçı X4 xeyrinə ödənilməlidir. Qətnamə üzrə yaranmış öhdəlik borclunun əmək haqqına yönəldilmişdir. Protokol üzrə borclunun 9000 manat borcu yaranmışdır. Məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq icra məmuru bildirmişdir ki, aliment öhdəliyi mütəmadi olaraq borclunun əmək haqqına yönəldilməklə tutulmuşdur. Lakin əmək haqqı məbləği Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs göstərmişdirki, tələbkar X2 ilə evli olmuş, birgə nikahlarından üç övladları var. Bir neçə dəfə ayrılıb sonradan yenidən barışmışlar. 2014-cü ildə ayrılarkən məhkəmənin qətnaməsi ilə Zəhra adlı qızının saxlanılması üçün hər ay 70 manat aliment öhdəliyi yaranmışdır. Bir müddət sonra barışıb yenidən ailə həyatına davam etmişlər. Sonradan yenidən ayrılmış və məhkəmənin qətnaməsi ilə üç uşağa görə ümumilikdə 270 manat aliment öhdəliyi müəyyən edilmişdir. Daha sonra 2025-ci ilin fevral ayında məhkəmənin qərardadı ilə aliment məbləği indeksasiya olunaraq artırılmışdır. Həmin qərardaddan sonra alimentin artması borcun məbləğinin artmasına səbəb olmuşdur. Mütəmadi olaraq aliment öhdəliklərini icra etmiş, mülkiyyətində olan avtomobili sataraq pulun bir hissəsini tələbkara ödəmiş, aliment məbləği mütəmadi olaraq onun əmək haqqına yönəldilməklə icra olunur. Yaranmış borcun səbəbi sonuncu məhkəmə qərardadı ilə alimentin məbləğinin çox artması, eləcə də illər ərzində əmək haqqının aşağı olması səbəbi olmuşdur. Aliment öhdəliyi mütəmadi olaraq onun əmək haqqına yönəldildiyindən, borcunun yaranmasından məlumatlı olmamışdır. Yaranmış borc məbləği barədə məlumatı isə həmin gün, yəni xx.xx.2025-ci il tarixdə olmuşdur. Həmin gün icra orqanına dəvət olunaraq, tələbin könüllü icrası barədə bildiriş almış və izahat vermişdir. O həmçinin əsas gəlir mənbəyinin 520 manat müəllim əmək haqqısı olduğunu, mağazalara çörək paylamaqla ailəsini dolandırmağa çalışdığını, ikinci dəfə ailə qurduğunu, həmin nikahdan bir uşağının olduğunu, kirayədə yaşadığını bildirmişdir. Üç gün öncə 150 manat məbləğində vəsaiti tələbkarın kart hesabına köçürdüyünü, məhkəmə iclasının gedişində yığdığı puldan 800 manat məbləğində vəsait ödəmək istədiyini bildirmişdir. Məhkəmə iclasında izahat verən X8 musiqi müəllimi olduğunu, 600 manat əmək haqqı aldığını, Şəxs mütəmadi alimenti ödədiyini, lakin tam şəkildə ödəmədiyini, yaranmış 9000 manat məbləğində borcun tam məbləğdə ödənilməsini tələb etdiyini, Şəxs müvəqqəti olaraq məhkəmə iclasında təklif etdiyi 800 manat məbləği qəbul etmədiyini bildirmişdir. İnzibati işin materiallarına istinad: İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli 8(021)-52/2025 nömrəli icra sənədindən görünür ki, Şəxs hər ay bir uşağın saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş icraata başlama haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bərdə Rayon Məhkəməsinin 21 iyul 2016-cı il tarixli 2(021)-3796/2016 saylı və Bərdə Rayon Məhkəməsinin 14 fevral 2015-ci il tarixli 8(021)-52/2025 saylı icra vərəqəsi üzrə icraata başlanılmış, icra sənədi üzrə borcluya borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş tələbin könüllü ödənilməsi haqqında 20.0.2025-ci il tarixli bildirişdən görünür ki, Bərdə Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli 8(021)-52/2025 saylı icra sənədi üzrə borclu Şəxs tələbi dərhal icra etməsi göstərilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş 9 iyul 2025-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 15 sentyabr 2011-ci il tarixli 2(021)-1425/2011 saylı, Bərdə Rayon Məhkəməsinin 4 iyun 2012-ci il tarixli 2(021)-749/2012 saylı, Bərdə Rayon Məhkəməsinin 8 dekabr 2014-cü il tarixli 2(021)-2308/2014 saylı, Bərdə Rayon Məhkəməsinin 21 iyul 2016-cı il tarixli 2(021)-3796/2016 saylı və Bərdə Rayon Məhkəməsinin 14 fevral 2015-ci il tarixli 8(021)-52/2025saylı icra sənədlərinə əsasən 9000 manat aliment borcu yaranmışdır. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 24 iyun 2025-ci il tarixli №31013/2025-43-15 saylı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Qarabağ Regional Mədəniyyət İdarəsinə müraciətində göstərilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 19 mart 2025-ci tarixli 8(021)-52/2025 saylıicra sənədi üzrə borclu Şəxs əmək haqqından sonrakı artımlar nəzərə alınmaqla hər bir uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləği aliment tutularaq tələbkar X5 ödənilsin. İnzibati iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Qarabağ Regional Mədəniyyət İdarəsinin 30 may 2025-ci il tarixli 3-24-9//2- 64/2025 saylı Bərdə Rayon İcra və Probasiya Şöbəsinə müraciətindən görünürki, borclu Şəxs əmək haqqından tutularaq xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixədək ümumilikdə 16551,35 ( on altı min beş yüz əlli bir manat otuz beş qəpik) AZN aliment pulu tutularaq tələbkar X1 hesabına köçürülmüşdür. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli 8(021)52/2025 saylı icra sənədinə əsasən yaranmış borcun ödənilməsi onun əmək haqqına yönəldilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək və iş üzrə materialları nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməli və inzibati qaydada məsuliyyətdən azad olunmalıdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun,o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliyini tam olmasa da, hissə-hissə ödəməsi öz təsdiqini tapmışdır. Şəxs icra vərəqələri üzrə öhdəliyi 2016-cı ildən etibarən onun əmək haqqına yönəlmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs əməlində İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-529/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-529/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver