Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-53/2021 17.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, Bərdə RPŞ- nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1989-cu il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01.01.2021-ci il tarixdə saat 10:00 radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Nar” marketin arxasında olan X1 məxsus plastmas su çənini oğurlamışdır. Məhkəmə iclasında Bərdə RPŞ- nin polis sahə rəisi X4 bildirdi ki, Şəxs 01.01.2021ci il tarixdə saat 10:00 radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Nar” marketin arxasında olan X1 məxsus plasmas su çənini oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf edərək, bildirdi ki, X1 məxsus plasеmas su çənini oğurlamışdır. Dəymiş ziyanı ödəyə bilmədiyini qeyd edərək, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini bildirdi. İşdə olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 09.01.2021-ci il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan X6 haqqında 16.01.2021-ci il tarixli Protokoldan görünür ki, Əhmədov Rəşad Fəxrəddin oğlu törətdiyi inzibati xətaya vaxtında hüquqi qiymət verilməsi məqsədilə 16.01.2021- ci il tarixdə saat 20:00 radələrində inzibati qaydada tutulmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokollar, Bərdə RPŞ-nin TB-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərarı və həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Məhkəmə Şəxs əməlini etiraf etməsini və peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, ona 01 (bir) ay inzibati tənbeh- həbs tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı: Şəxs İXM-in 227-ci mаddəsi ilə təqsirli bilinərək, bаrəsində 01 (bir) ay müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 16 yanvar 2021-ci il tаrixdən, saat 20:00–dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti elan edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikаyət verilə bilər
Məhkəmə qərarları › İş №3(021)-53/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-53/2021
17.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver