Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-530/2025 05.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin 7 saylı X8 nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 iştirakı ilə, 14 noyabr 2000-ci ildə Bərdə rayonunda doğulmuş, orta təhsilli, subay, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan X15 Barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 262.2.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 262.2.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair , Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin 7 saylı X9 7 iyul 2025ci il tarixli MN №2366751 saylı inzibati xəta haqqında potokol və ona əlavə edilmiş sənədlər tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin 7 saylı X8 nümayəndəsi X10 izahatında göstərmişdir ki, 7 iyul 2025-ci il tarixdə həyata keçirilən nəzarət tədbirləri zamanı Bərdə rayonu, Zümürxan kəndi ərazisində yerləşən “YanarSu” Sağlamlıq Kompleksində formalaşan tullantı suları təyinatsız olaraq Tərtər çayı hövzəsinə axıdılır.Nəticədə, Azərbaycan Respublikası Su Məcəlləsinin qanuni göstərişləri X15 tərəfindən pozulmuşdur. Suyun tullantı su olubolmaması ilə bağlı heç bir ekspertiza və ya laborator-analiz həyata keçirilməmişdir. Çünki həmin “YanarSu” Sağlamlıq Kompleksində təyinatsız axıdılan həmin sudan insanlar sanatoriya məqsədilə istifadə edirlər. Lakin əsas məqamı suyun tullantı su olub-olmaması deyil, suyun təyinatına uyğun olaraq axıdılmaması təşkil edir. Tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X15 özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, “YanarSu” Sağlamlıq Kompleksində axıdılan suyun tərkibi kükürd və digər kimyəvi maddələrdən ibarətdir. İki və daha çox adamın eyni su da çimməsi həmin suyun tullantı su olmasına əsas vermir. Əgər elə olsaydı, hazırda bütün vətəndaşlar çimərlik və dənizdə tullantı suda üzmüş olardı. İnzibati xəta törətmədiyini bildirərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X15 barəsində tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl düzgün tərtib olunmadığından onu tərtib etmiş оrqаnа, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin 7 saylı X12 geri qaytarılmalıdır. İnzibati iş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin 7 saylı X8 4 iyul 2025-ci il tarixli, 1 saylı Sərəncamından görünür ki, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin 7 saylı X8 əməkdaşı baş məsləhətçi-müfəttiş X3 və böyük məsləhətçi-müfəttiş X4 Bərdə rayonu inzibati ərazisində 2 (iki) iş günü müddətində nəzarət tədbirlərinin həyata keçirilməsi tapşırılmışdır. İnzibati iş materiallarına əlavə edilmiş 7 iyul 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, 7 iyul 2025-ci il tarixdə həyata keçirilən nəzarət tədbirləri zamanı Bərdə rayonu, Zümürxan kəndi ərazisində yerləşən “YanarSu” Sağlamlıq Kompleksində formalaşan tullantı suları X15 tərəfindən təyinatsız olaraq Tərtər çayı hövzəsinə axıdılır. İnzibati iş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin 7 saylı X8 7 iyul 2025-ci il tarixli, №001401 saylı aktından görünür ki, Bərdə rayonu, Zümürxan kəndi ərazisində yerləşən “YanarSu” Sağlamlıq Kompleksi üzrə mülkiyyət hüququnun vergi ödəyicisi ( VÖEN:**********) X11 məxsus olduğu, torpaq sahəsinin X13 verilməsinə dair heç bir təsdiqedici sənədin olmadığı aşkar edilmiş və ərazidən fotoşəkillər və toplanmış digər materiallar akta əlavə edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”-dən verilmiş №1261194 saylı çıxarışdan görünür ki, Bərdə şəhəri, Bərdə-Tərtər yolunun sol kənarı üzərində yerləşən 0.0175 ha əmlak kompleksi kimi müəssisə Nümayəndə məxsusdur. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli 714- İVQ Qanununun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaya anlayış verilmişdir. Qeyd edilən anlayışa əsasən yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 1.1.2-1-ci maddəsinə əsasənyoxlama obyekti – yoxlamaların məqsədləri üçün nəzarət sahəsindən asılı olaraq aşağıdakılardır: 1.1.2-1.1. sahibkarın məcburi tələblər müəyyən edilən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə fəaliyyəti; 1.1.2-1.2. sahibkarlıq fəaliyyəti ilə əlaqədar sahibkarın mülkiyyət hüququ ilə və digər qanuni əsasla sahiblik etdiyi və məcburi tələblər müəyyən edilən əmlakı (o cümlədən sahə, istehsal sahəsi), habelə sahibkarın struktur bölməsi; 1.1.2-1.3. sahibkara məxsus və məcburi tələblər müəyyən edilən mallar, işlər və xidmətlər; 1.1.2-1.2. sahibkarlıq fəaliyyəti ilə əlaqədar sahibkarın mülkiyyət hüququ ilə və digər qanuni əsasla sahiblik etdiyi və məcburi tələblər müəyyən edilən əmlakı (o cümlədən sahə, istehsal sahəsi), habelə sahibkarın struktur bölməsi; 1.1.2-1.3. sahibkara məxsus və məcburi tələblər müəyyən edilən mallar, işlər və xidmətlər; Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” təsdiq edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli 723-İQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən tullantı suları istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Bununla yanaşı, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan X6 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olub-olmadığını müəyyənləşdirmək üçün “YanarSu” Sağlamlıq Kompleksi tərəfindən təyinatsız axıdılan suyun tullantı su olubolmamasını müəyyən etmək üçün ekspertiza və ya laborator-analiz həyata keçirilməli, müvafiq araşdırmanın nəticəsi iş materiallarına əlavə edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, inzibati xəta üzrə şəxsin təqsirini sübutetmə yükü inzibati orqanın üzərinə düşür. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından X15 barəsində İXM-nin 262.2.3-cü maddəsi ilə tərtib olunmuş 7 iyul 2025-ci il tarixli MN № ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin 7 saylı X5ytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: X15 barəsində İXM-nin 262.2.3-cü maddəsi ilə tərtib olunmuş 7 iyul 2025-ci il tarixli MN № ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin 7 saylı X14 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-530/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-530/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver