Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-533/2021 06.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Bərdə rayonu Lək kəndində doğulmuş, orta təhsilli, işsiz, evli, Bərdə rayonu, Lək kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 may 2021-ci il tarixdə Bərdə rayonu Mərkəzi Xəstəxanasının inzibati binasının qarşısında sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyərək ətrafdakıları ciddi narahat etmişdir. Məhkəmə iclasında Bərdə rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X2 izahatında göstərdi ki, Bərdə rayonu Mərkəzi Xəstəxanasının inzibati binasının qarşısında sərxoş vəziyyətdə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğunu və həmin şəxsə yaxınlaşaraq həmin şəxsi nizam intizama dəvət edərkən, həmin şəxs özünə xəsarət yetirəcəyi ilə hədələyib ucadan nalayiq söyüşlər söyüb ictimai qaydanı pozub. Polis əməkdaşları həmin şəxsi sakitləşdirib Bərdə rayon Polis Şöbəsinə gətirmək istəyərkən, o gəlməkdən qərəzli imtina edərək qanuni tələblərinə tabesizlik göstərib. Dövlət və dövlətçilik əleyhinə ifadələr işlətmiş, polis əməkdaşlarını söyüb təhqir etmişdir. Bu səbəbdən o məcburi şəkildə polis şöbəsinə gətirilib. Məhkəmədən Şəxs qanunla müəyyən edilmiş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 05 may 2021-ci tarixdə bir gədər spirtli içki gəbul edib. Saat 19:00 radələrində Bərdə rayonu Mərkəzi Xəstəxanasının inzibati binasının qarşısında içkili olduğu üçün ucadan söyüşlər söyüb. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq, onu nizam–intizama dəvət ediblər. O sərxoş olduğu üçün tabesizlik göstərib. Sərxoş olduğundan baş verən hadisələri xatırlamır. Söz verir ki, bir daha ictimai qaydanı pozmayacaq. Məhkəmədən barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 5211 saylı 05 may 2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoş vəziyyətdə olmaqla davranış tərzi gərgin və aqressiv olmuşdur. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 05 may 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Beləliklə, hesab edirəm ki, Şəxs xırda xuliqanlıq və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatları və digər sübutlarla tam təsdiq olunduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 1511/21 nömrəli 06 may 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan müəyyən edilir ki, Şəxs 06 may 2021-ci ildə saat 00:30-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsini tələblərinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs 06 may 2021-ci ildə saat 00:30-dan 06 may 2021-ci il saat 10:00-dək tutulması nəzərə alınmaqla onun üzərində qəti olaraq 150 (yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-533/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-533/2021
06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver