Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-535/2025 16.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X18 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin X3 polis sahə rəisi X9, zərərçəkmiş şəxslər X4, X12 və X1, inzibati xəta törətmiş şəxs X10 iştirakı ilə, xx xxxxx 1975-ci ildə Kürdəmir rayonu Yenikənd kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Xanərəb kəndində qeydiyyatda olan və yaşayan X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X13 14 iyul 2025-ci il tarixdə Bərdə rayonu Yenidaşkənd kəndi ərazisində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X13 göstərdi ki, Bərdə rayonu Xanərəb kəndində yaşayır. Qardaşı ilə Züleyxa Cəfərovanın arasında pul söhbəti ilə bağlı narazılıqları olmuş, bununla bağlı 14 iyul 2025-ci il tarixdə X16 rayonu Yenidaşkənd kəndi ərazisində yerləşən “Soyuq bulaq” restoranına dəvət etmişdir ki, söhbət edib pul məsələsini həll etsinlər. Restoranda oturub əvvəlcə birlikdə yemək yemişlər. Daha sonra Züleyxa Cəfərova ilə sözügedən pul məsələsi ilə bağlı söhbət etməyə başlamışlar, söhbətin gedişində sonuncu onunla razılaşmayaraq əsəbləşmiş, əlini stola vurmuş, sonra isə orada olan boşqab və ya nəlbəkini stola çırparaq səs-küy salmağa başlamış və polis çağırmışdır. Polis əməkdaşları gəlib onu polis şöbəsinə dəvət etmişlər, o isə heç bir müqavimət göstərmədən onlarla polis şöbəsinə getməyə razılaşmışdır. Züleyxa Cəfərova polis maşınına əyləşmiş, o, həmin avtomobildə oturduğu təqdirdə Züleyxa ilə aralarında narazılıq ola biləcəyini düşünərək özünün gəldiyi avtomobillə gedəcəyini polis əməkdaşlarına bildirmiş, bundan sonra özünün həmin yerə gəldiyi avtomobilə əyləşmiş, polis əməkdaşı X2 həmin avtomobilə əyləşmiş və birlikdə Bərdə Rayon Polis Şöbəsinə gəlmişlər. İki gün Bərdə Rayon Polis Şöbəsində saxlanılmışdır. O, Züleyxa Cəfərovanı təhqir etməmiş, habelə polis əməkdaşlarına qarşı müqavimət və ya digər tabesizlik hərəkətləri göstərməmişdir. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bərdə Rayon Polis Şöbəsinin X3 polis sahə rəisi X14 məhkəmə iclasında göstərdi ki, X13 14 iyul 2025-ci il tarixdə Bərdə rayonu Yenidaşkənd kəndi ərazisində yerləşən “Soyuq bulaq” restoranında X6 nalayiq ifadələrlə söyüb təhqir etmiş, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən də Xaliq Məmmədovun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 göstərdi ki, Xaliq Məmmədovun qardaşı Əkbər Məmmədovun ona 2000 manat borcu olmuş, bununla bağlı aralarında narazılıq yaranmış və o, Əkbərin haqqında pul borcu ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə şikayət etmişdir. Xaliq Məmmədov 14 iyul 2025-ci ildə pul məsələsini həll etmək üçün onu Bərdə rayonu Yenidaşkənd kəndi ərazisində yerləşən “Soyuq bulaq” restoranına dəvət etmişdir. Restoranda əvvəl birlikdə yemək yemişlər, sonra söhbət əsnasında Xaliq Məmmədov ona hədə-qorxu gəlmişdir. Belə ki, Xaliq Məmmədov qardaşının ona borclu olduğu 2000 manat pulu verəcəyini, lakin sonra onun başına oyun açacağını bildirmişdir. Xaliqin onu hədələməsindən əsəbləşmiş, stolda olan qabı götürüb stola çırparaq sındırmışdır. Daha sonra o, polisə deyil, taksiyə zəng etmişdir ki, gəlib onu aparsın. Həmin ərazidə xidmətdə olan polis əməkdaşları səs-küyü eşidərək özləri yaxınlaşmışlar. Xaliq Məmmədovun cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X7 göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Bərdə rayonu Yenidaşkənd kəndində polis nəfəri Əmrah Əliyev ilə birlikdə xidmətdə olarkən Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən “Soyuq Bulaq” kafesinin həyətində iki nəfər şəxsin mübahisə etdiyini görmüşlər. Yaxınlaşarkən Şəxs Züleyxa Cəfərova ilə mübahisə edərək, uca səslə qışqırıb qadının ünvanına və ümumi ünvansız nalayiq ifadələr və söyüşlər söyməklə, ictimai qaydanı və ictimai asayişi pozduğunu görmüşlər. Xaliq Məmmədova yaxınlaşaraq özlərini təqdim etmiş və sonuncunu Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. Xaliq Məmmədov onların xidməti avtomobillərinə əyləşməyərək öz avtomobili ilə gedəcəyini bildirmişdir. Sonuncu onların qanuni tələblərinə tabe olmadığından məcbur olub Xaliq Məmmədov tələb etdiyi avtomobillə Bərdə RPŞ-nə gəlmişlər. Xaliq Məmmədovun cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri X17 göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Bərdə rayonu Yenidaşkənd kəndində polis nəfəri Məhəmməd Seyidəliyevlə birlikdə xidmətdə olarkən həmin ərazidə yerləşən “Soyuq Bulaq” kafesinin həyətində iki nəfər şəxsin mübahisə etdiyini görmüşlər. Yaxınlaşarkən Şəxs Züleyxa Cəfərova ilə mübahisə edərək, uca səslə qışqırıb qadının ünvanına nalayiq ifadələr işlətdiyini görmüşlər. Xaliq Məmmədova yaxınlaşaraq özlərini təqdim etmiş və sonuncunu Bərdə RPŞ-nə dəvət etmişlər. Xaliq Məmmədov onların xidməti avtomobillərinə əyləşməyərək öz avtomobili ilə gedəcəyini bildirmişdir. Sonuncu onların qanuni tələblərinə tabe olmadığından məcbur olub o, Xaliq Məmmədovun tələb etdiyi avtomobilə əyləşmiş və həmin avtomobillə Bərdə RPŞ-nə gəlmişlər. Xaliq Məmmədovun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə RPŞ-nin X3 polis sahə rəisi X14 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Bərdə RPŞ-nin X3 polis sahə rəisi X14 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol kobud pozuntularla tərtib edilmişdir. Belə ki, İXM-nin 100.1-ci maddəsinə görə, inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı. Bərdə RPŞ-nin X3 polis sahə rəisi X14 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməmiş, inzibati xətanın mahiyyəti ümumiyyətlə göstərilməmiş, zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı barədə hər hansı qeyd edilməmişdir. Xaliq Məmmədovun İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, zərərçəkmiş şəxslərin ifadələri, habelə protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və ya iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur, Xaliq Məmmədov törətdiyi inzibati xətalara görə tənbeh edilməlidir. İXM-nin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Xaliq Məmmədovun barəsində Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməlidir. Xaliq Məmmədova inzibati cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə görə, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Xaliq Məmmədova inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas məqsədi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə iclasında Xaliq Məmmədovun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan: “İnzibati qaydada tutma haqqında” 14 iyul 2025-ci il tarixli protokoldan görünür ki, X13 xx.xx.2025-ci ildə saat 1721-də inzibati qaydada tutulmuşdur. “İnzibati qaydada tutma haqqında” 15 iyul 2025-ci il tarixli protokoldan görünür ki, X13 xx.xx.2025-ci ildə saat 1721-də inzibati qaydada tutulmuşdur. İXM-nin 31.4-1-ci maddəsinə görə, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, Xaliq Məmmədov 14 iyul 2025-ci ildə saat 1721-də və 15 iyul 2025-ci ildə saat 1721-də inzibati qaydada tutulduğundan onun barəsində təyin edilən cərimə növündə inzibati tənbeh İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 (iki yüz) manat məbləğində cərimənin dörddə üçündən çox olmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. X13 məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-535/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-535/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver