Məhkəmə qərarları › İş №3(021)-537/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-537/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-537/2021 07.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi X5, Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X6, Barəsində inzibati icraat aparılan şəxs X3 iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Yevlax rayonunda doğulmuş, orta təhsilli, işləməyən, evli, Bərdə rayonu, Zümürxan kəndində yaşayan X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 Rayon Məhkəməsinin 2(021)-1477/2019 saylı 26 aprel 2018-ci il tarixli icra sənədinə əsasən tələbkar X7 1600 manat pul ödəməlidir. Hal-hazırda 930 manat borcu qalmışdır. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 göstərdi ki, X1 Bərdə Rayon Məhkəməsinin 2(021)-1477/2019 saylı 26 aprel 2018-ci il tarixli icra sənədinə əsasən tələbkar X7 1600 manat pul ödəməlidir. X1 tələbkar X7 imkanı olduqca pul ödəmişdir. Bugünə 930 manat borcu qalmışdır. Lakin Tələbkar pulun tam ödənilməsini tələb edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 verdiyi izahatında göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1477/2019 saylı 26 aprel 2018-ci il tarixli icra sənədinə əsasən tələbkar X7 1600 manat pul ödəməlidir. Son dövrlər pandemiya şəraitində işsizlik olduğundan borcunu vaxtı vaxtında ödəyə bilməmişdir. Fəhləlik etdiyini bildirərək gündəlik qazancından tələbkara pul qaytardığını bildirdi. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək belə qənaətə gəlir ki, X1 qərərzli olaraq pul ödəməkdən boyun qaçırmır. Hal-hazırkı pandemiya vəziyyətinə görə iş tapa bilmədiyi üçün pul borcu qalmışdır. Gündəlik fəhləlik edərək borcunu qaytarmağa çalışır. İş materiallarında olan sənədlərə olan sənədlərdən görünür ki, 16 dekabr 2019-cu il tarixdə 40 manat, 20 fevral 2020-ci il tarixdə 41 manat, 12 may 2020-ci il tarixdə 41 manat, 01 iyul 2020-ci il tarixdə 50 manat, 04 avqust 2020-ci il tarixdə 300 manat, 27 oktyabr 2020-ci il tarixdə 40 manat, 21 dekabr 2020-ci il tarixdə 60 manat, 03 fevral 2021-ci il tarixdə 30 manat, 15 mart 2021-ci il tarixdə 30 manat, 07 may 2021-ci il tarixdə 40 manat X1 tərəfindən tələbkar X7 ödənişlər olmuşdur. Beləliklə məhkmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 Rayon Məhkəməsinin 2(021)-1477/2019 saylı 26 aprel 2018-ci il tarixli icra sənədinə əsasən tələbkar X7 1600 manat pul ödəməlidir. Hal-hazırda 930 manat borcu qalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkini olmadığından inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin əlamətləri olması öz təsdiqini tapmadığından onun barəsində olan inzibati xətaya dair işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRAR ALDİ Barəsində inzibati icraat aparılan X3 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayn Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar