Məhkəmə qərarları › İş №3(021)-538/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-538/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-538/2025 16.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx xxxx 1960-cı il tarixdə Ağdam rayonu, Nəmirli kəndində anadan olmuş, orta təhsilli, evli, işsiz, Ağdam rayonu, Şotlanlı kəndində qeydiyyatda olmaqla, Bərdə rayon Alaçadırlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokola əsasən göstərilir ki, Şəxs Zərərçəkmiş şəxs döyərək ona sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X6 izahatında göstərdi ki, Şəxs Zərərçəkmiş şəxs döymüş, onun sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində protokol tərtib etmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, Bərdə rayon Kələntərli qəsəbəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 3 ilə yaxındır ki, Bərdə rayon Kələntərli qəsəbəsində yerləşən məcburi köçkünlər üçün tikilmiş qəsəbədəki evdə yaşayır. Həmin ev sahibsiz olduğu üçün yerləşmişdir. Həmin ev bələdiyyə mülkiyyətindədir. Oraya yerləşdikdən 1 ay sonra Nəcimə adlı qadın oraya gələrək oranın ona məxsus olduğunu bildirmişdir. O, həmin şəxslə 100 manat kirayə haqqı qarşılığında razılaşmışdır. 2024-cü ilin oktyabr ayından etibarən Nəcimə həmin yeri 20 min manata satdığını bildirmişdir. Ona ya həmin evdən çıxmağı, ya da pulu verib evi almağı təklif etmişdir. O, isə pulunun olmadığını bildirmişdir. Həmin vaxtdan qarşılıqlı formada məhkəməyə müraciət etsə də, vaxtaşırı olaraq aralarında mübahisə yaranır. xx.xx.2025-ci il tarixdə Nəcimə qaynı oğlu Anar ilə birlikdə yaşadığı ünvana gəlmişdir və evə yerləşəcəyini bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Anar əlində olan kəlbətin ilə onun sağ çiyin nahiyəsinə və hər iki ayağının baldır nahiyəsinə zərbələr endirmişdir. Bu vaxt Anarın anası onu özü ilə aparmışdır. Daha sonra polis əməkdaşları gəlmiş və mübahisə sonlanmışdır. Təxminən 40 dəqiqə sonra Anar, bibisi Nəcibə və atası təkrar yaşadığı ünvana gələrək qarğı hasarı qırmış və dəmir qapını aşırıb həyətə girmişdir. Həyətdə olarkən pəncərənin tor örtüyünü cırmışdır. Təkrar polisə müraciət etdikdən sonra həmin mübahisə sonlanmışdır. xx.xx.2025-ci il tarixdə Anarın anası Mahirə, Nəcibə, Hökümə və adını bilmədiyi qadın onun yaşadığı ünvana gəlmişdir və Nəciməni yaşadığı evə yerləşdirmək istəmişlər. Bu zaman Mahirə ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Mahirə əlində olan ağac ilə sağ və sol bud nahiyəsinə zərbələr endirmişdir və evin pəncərəsinin şüşəsini sındırmışdır. Bu vaxt polisə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra mübahisə sona çatmışdır. Aralarında olan mübahisə zamanı o, Anarı, Nəciməni və Mahirəni döyməmişdir və ya hər hansı xəsarət yetirməmişdir. Yalnız özünü müdafiə etmişdir. Daha sonra evdə olan baltanı götürüb ona hücum etməmələri üçün müdafiə olunmuşdur. Onun Anarın qarğı hasarı uçurması, dəmir qapını aşırması və anası Mahirənin pəncərə şüşəsini qırması ilə bağlı şikayət və tələbi yoxdur. Bununla bağlı ona maddi ziyan dəyməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun tərəfindən kirayə verilmiş mənzildə yaşayır. Sonradan yaranmış mübahisə ondan ibarətdir ki, şəxs kirayə haqqını ödəməmiş və həmin mənzildən çıxmayacağını bildirmişdir. xx.xx.2025-ci il tarixdə o, zərərçəkmiş şəxsin yaşadığı ünvana gedərək mənzildən çıxmasını tələb etmişdir. Bundan sonra tərəflər arasında mübahisə yaranmışdır. Lakin baş vermiş münaqişə zamanı o, zərərçəkmiş şəxsə hər hansı xəsarət yetirməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, zərərçəkmiş şəxsi ağac parçası ilə qorxutmağa çalışmış, bu zaman istəmədən ağac parçası onun ayaq nahiyələrinə dəymiş və o, yıxılmışdır. Əksinə, zərərçəkmiş şəxs onlara hücum etmiş, onları qovmağa çalışmışdır. Barəsində başlanmış inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X6 tərəfindən tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Zərərçəkmiş şəxs döyərək ona sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Bərdə Bərdə rayon X4 Bölməsi təhqiqatçısı Sərxan Cabbarov tərəfindən qəbul edilmiş 26 iyun 2025-ci il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan barələrində həmin maddə ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanılması üçün qərarın surəti Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Toplanmış material üzrə araşdırma aparılmış, onun əməlində cinayət tərkibi olmadığından, 16 iyul 2025-ci il tarixə Bərdə rayon X5 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə barəsində inzibati icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izаhаtlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə inzibati tənbeh təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 iyul 2025-ci il tarixli qərara əsasən göstərilir ki, xx.xx.2025-ci il il tarixli 486 saylı ekspert rəyi ilə Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarətlər yetirildiyi müəyyən olunur. Həmin xəsarətlər xx.xx.2025-ci il tarixinə uyğun gəlir. Məhkəmə iclasında barəsində icraat aparılan Şəxs izahatı və iş materialları ilə onun Zərərçəkmiş şəxs fiziki ağrı yetirməsi nəticəsində İXM-nin 157-ci maddəsinin tərkibini yaratması təsdiqini tapır. Belə olan halda, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci mаddəsi ilə təqsirli bilinərək bаrəsində cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinərək, bаrəsində 300 (üç yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar