Məhkəmə qərarları › İş №3(021)-539/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-539/2021

12.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-539/2021 12.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X12 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1991-ci il tarixdə Bərdə rayonu Qazaxlar kəndində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Bərdə rayonu, Qazaxlar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 may 2021-ci il tarixdə Bərdə rayonu Qazaxlar kəndində polis əməkdaşlarının ünvanına nlayiq söyüşlər söyərək, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X12 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X9 izahatında göstərdi ki, 12 may 2021-ci il tarizdə saat 04:11-də Bərdə rayonu qazaxlar kəndində yaşayan X2 DİN-nin 102 xdmətinə zəng edərək əri Hüseynov Əliş tərəfondən döyülməsi barədə məlumat vermişdir. Dərhal Şəxs yaşadığı evə gedildi. X1 izahatını alan zaman Şəxs polis əməkdaşlarına yaxınlaşaraq nalayiq söyüşlərlə söyüb təhqir eləmişdir.Şəxs dəfələrlə nizam intizama dəvət edilib, ancaq Şəxs qanuni tələblərə tabe olmayaraq ərizə və izahat yazılmasına maneəçilik törətmişdir. Yenidən nizam intizama dəvət olunsan da o, qanuni tələblərə məhəl qoymayaraq söyərək təhqir etmişdir. Daha sonra Şəxs polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərək izahatı alınmış barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 12 may 2021-ci il tarixdə sərxoş vəziyyətdə olmuşdur. Həyat yoldaşıyla arasında mübahisə baş vermişdir. Həyat yoldaşını döymədiyini bildirmişdir. Polis əməkdaşlarını söyüb təhqir etdiyindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Bərdə rayon X14 Patrul Xidməti bölüyünün, polis nəfəri, polis serjantı X3 izahatında bildirdi ki, xidmət apardığı zaman Bərdə rayon Polis Şöbəsinin inzibati binasının yaxınlığında bir nəfər şəxsin aşkar vəziyyətdə sərxoş vəziyyətdə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğunu gördü. Həmin şəxsə yaxınlaşaraq nizam intizama dəvət etdi. Həmin şəxs özünə xəsarət yetirəcəyi ilə məni hədələyib ucadan nalayiq söyüşlər söyüb ictimai qaydanı pozdu. Həmin şəxsi sakitləşdirib rayon Polis şöbəsinə gətirmək istəyərkən, o gəlməkdən qərəzli imtina edərək onun və digər polis əməkdaşı X7 qanuni tələblərinə tabesizlik göstərdi. Bu səbəbdən o məcburi şəkildə polis şöbəsinə gətirildi. Məhkəmə iclasında şahid qismində izahat vermiş Bərdə rayon X10 Bölməsinin təhqiqatçısı, polis kapitanı Orxan İsmayılovbildiridi ki, 12 may 2021-ci il tarizdə saat 04:11də Bərdə rayonu qazaxlar kəndində yaşayan X2 DİN-nin 102 xdmətinə zəng edərək əri Hüseynov Əliş tərəfondən döyülməsi barədə məlumat vermişdir. Dərhal Şəxs yaşadığı evə gedildi. X1 izahatını alan zaman Şəxs polis əməkdaşlarına yaxınlaşaraq nalayiq söyüşlərlə söyüb təhqir eləmişdir.Şəxs dəfələrlə nizam intizama dəvət edilib, ancaq Şəxs qanuni tələblərə tabe olmayaraq ərizə və izahat yazılmasına maneəçilik törətmişdir. Yenidən nizam intizama dəvət olunsan da o, qanuni tələblərə məhəl qoymayaraq söyərək təhqir etmişdir. Daha sonra Şəxs polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərək izahatı alınmış barəsində inzibati protokol tərtib edilmişdir. Bərdə rayon Polis Şöbəsinn növbətçisi hissə sürücüsü X11 polis kapitanı Orxan İsmayılovlunun izahatı ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan 581 saylı 12 may 2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X12 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X9 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin və şahidlərin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 12 may 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki, Şəxs 12 may 2021-ci il tarixdə Bərdə rayonu Qazaxlar kəndində özünə məxsus yaşayış evində polisin qanuni tələblərinə tabe olmayaraq söyüş söyərək polis əməkdaşlarını təhqir etmiş və onlara müqaviməy göstərmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində inzibati qaydada həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 12 may 2021-ci il tarixdən, saat 15:55-dən hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar