Məhkəmə qərarları › İş №3(021)-539/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-539/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-539/2025 16.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Bayram Məhərrəmov Yusif oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, protokol tərtib etmiş şəxs Bərdə rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1983-cü il tarixdə Ağdam rayonu, Şotlanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan Ağdam rayonu, Şotlanlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində 16 iyul 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuş, protokol ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə RPŞ İTB-nin polis sahə rəisi X7 izahatında göstərdi ki Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Beləliklə Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan sonra Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol iş materialları ilə birlikdə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, özünü təqsirli bilmir, Zərərçəkmiş şəxs vurmayıb. Zərərçəkmiş şəxs məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını bildirdi. Ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, inzibati işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesаb edir ki, Şəxs Həsən oğlu barəsində İXM-in 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 16 iyul 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında prоtоkоldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İnzibati iş üzrə zərərçəkmiş kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Bərdə rayon, Kələntərli kəndində yaşayan Zərərçəkmiş şəxs və X8 inzibati iş üzrə icraat materialı üzrə zərərəkmiş şəxslər qismində tanınmışdır. İnzibati iş üzrə zərərçəkmiş kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Bərdə rayon , Alaçadırlı kəndində yaşayan X1 inzibati iş üzrə icraat materialı üzrə zərərəkmiş şəxs qismində tanınmışdır. İnzibati iş üzrə zərərçəkmiş kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Bərdə rayon , Kələntərli kəndində yaşayan Zərərçəkmiş şəxs inzibati iş üzrə icraat materialı üzrə zərərəkmiş şəxs qismində tanınmışdır. Bərdə rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 iştirakı ilə, Bərdə rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 tərəfindən tərtib olunmuş imza etməkdən imtina haqqında xx.xx.2025-ci il tarixli protokola əsasən, xx.xx.1983-cü il təvəllüdlü Şəxs polis şöbəsində izahat verməkdən imtina etmişdir. Bərdə rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 tərəfindən xx.xx.2025-ci il tarixi inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardada əsasən, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanmış və inzibati araşdırma aparılmışdır. Bərdə rayon Polis Şöbəsinin Xüsusi rəis müavini , polis mayoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən, Şəxs barəsində tərtib edilmiş protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, təsviri hissədə göstərilənlərə əsasən əməldə cinayət tərkibi olmaması əsası ilə Şəxs, Zərərçəkmiş şəxs, X8 və X6 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 462-nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ bazunun aşağı 1/3-nin arxa səthinin , yuxarı 1/3-nin arxa və bayır səthinin , sağ budun orta 1/3-nin ön-bayır səthinin , sol budun orta 1/3-nin bayır səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş,xx.xx.2025-ci il tarixli ərizədə Şəxs ilə barışdıqlarını və işə xitam verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Şəxs ilə barışmışdır. Hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Göründüyü kimi, Şəxs zərərçəkmiş şəxslə barışmışdır. İXM-in 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata tərəflərin barışması əsası ilə xitam verilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar