Məhkəmə qərarları › İş №3(021)-54/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-54/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-54/2024 15.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X1 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Ağdam rayonu Bozpapaqlar kəndində anadan olmuş, Ağdam rayonu Bozpapaqlar kəndində qeydiyyatda olan və Ağdam rayonu Baharlı-1 qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 342.9-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs 30 yanvar 2024-cü il tarixdə idarə etdiyi Mercedess Benz E200 minik markalı **-LP-*** dövlət nömrə nişanlı avtomobilinin dövlət qeydiyyat nişanının görüntüsünü çətinləşdirən örtüklərdən istifadə edilməsi halına yol vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, 30 yanvar 2024-cü ildə ailə üzvləri ilə birlikdə idarə etdiyi “Mercedes Benz” E200 minik markalı **-LP-*** dövlət nömrə nişanlı avtomobili ilə Bərdə şəhərində yerləşən “Simpatiya” paltar mağazasının qarşısına gəlmiş və avtomobili mağazanın qarşısında saxlamışdır. Ailə üzvləri mağazaya daxil olmuş, özü isə avtomobilində qalmışdır. Az sonra özü də mağazaya daxil olmuş, qayıdarkən avtomobilinin yanında Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşlarının dayandığını görmüşdür. Avtomobilinə yaxınlaşmış və ona məlum olmuşdur ki, avtomobilin arxa nömrə nişanına salfet kağızı yapışmışdır. Həmin kağızı o, nomrə nişanına yapışdırmamış, belə bir niyyətidə olmamışdır. Həmin vaxt hava nisbətən küləkli olmuş, ola bilsin ki, salfet kağızı küləyin təsiri nəticəsində təsadüfən nömrəyə yapışdırmışdır. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Protokol tərtib etmiş orqan Bərdə Rayon Polis Şöbəsinə işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin Bərdə RPŞ-nin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə protokol tərtib etmiş orqan Bərdə RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin gerçək hallarından görünür ki, Şəxs barəsində tərtib edilmiş 30 yanvar 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda onun idarə etdiyi Mercedes Benz E200 minik markalı **-LP-*** dövlət nömrə nişanlı avtomobilinin dövlət qeydiyyat nişanının görüntüsünü çətinləşdirən örtüklərdən istifadə etməsi qeyd edilmişdir. Lakin məhkəmə iclasında Şəxs avtomobilinin dövlət qeydiyyat nişanının görüntüsünü çətinləşdirən hər hansı bir hərəkət etmədiyini, nisbətən küləkli hava şəraitində salfet kağızının küləyin təsiri nəticəsində təsadüfən nömrəyə yapışdığını, həmin salfet kağızının onun tərəfindən nömrəyə yapışdırlması üçün heç bir səbəb olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsinin dispozisiyasına görə, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati məsuliyyət yaradır. Şəxs tərəfindən avtomobilin dövlət qeydiyyat nişanının görüntüsünü çətinləşdirən hər hansı hərəkətin edilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İXM-nin: 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanmış 3(021)-54/2024 saylı inzibati xəta haqqında material üzrə icraata əməlində inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar