Məhkəmə qərarları › İş №3(021)-540/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-540/2021

12.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-540/2021 12.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bərdə şəhərində doğulmuş, orta təhsilli, işləməyən, subay, Bərdə şəhəri, S. Vurğun küçəsi ev 45-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə şəhəri, Nizami küçəsi ev 155 mənzil 54-də yaşayan X1 təhqir etmişdir. Məhkəmə iclasında Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X5 izahatında göstərdi ki, 10 aprel 2021-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq qeyri rəsmi yaşadığı Şəxs əlində bıçaqla onunla mübahisə etdiyini bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs mütəmadi olaraq Aysel Quliyevanın mobil telefonuna zəng edərək onu söyüb təhqir etmiş, sonuncu dəfə 10 aprel 2021-ci il tarixdə X3 evinin önünə gələrək əməlini davam etmişdir. Məhkəmədən inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, X6 ilə qeyri rəsmi münasibətdə olub. 7 ay münasibətləri olmayıb, Daha sonra anasının xahişi ilə Aysel ilə barışmışdır. 10 aprel 2021ci il tarixdə etdiyi əmələ görə hal-hazırda inzibati həbsdə olduğunu bildirirək, Aysel Quliyevadan onu bağışlamasını xahiş etdi. Aysel Quliyevaya yaxın getməyəcəyinə dair məhkəmə iclasında iltizam verməyə hazır olduğunu qeyd etdi. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş X6 izahatında bildirdi ki, Şəxs ilə qeyri rəsmi münasibətdə yaşayıb. Hal-hazırda münasibətləri bitib. Şəxs onu daimi olaraq ölümlə hədələyir, zəng edərək söyüb təhqir edir. Rahat həyat yaşamağa imkan vermir. Şəxs bağışlamadığını bildirərək ona ən ağır inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin və şahidlərin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 12 may 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki, Şəxs 10 aprel 2021-ci il tarixdə Bərdə şəhəri, Nizami küçəsi 155-də ucadan nalaiq söyüşlər söyərək ətrafdakıları ciddi narahat etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində inzibati qaydada həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngəlləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə xüsusi olaraq vurğulamaq istəyir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclas zalında əməlində peşman olmasını bildirsə də, məhkəmə bu halı səmimi peşmançılıq kimi qəbul etmir. Belə ki, Şəxs istər məhkəmə prosesindən qabaq, istər məhkəmə prosesi gedişində Aysel Quliyevada üzr istəsə də, ona olan aqressiv münasibətini açıq-aşkar biruzə vermiş və onun ünvanına təhqirlərini davam etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRAR ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 12 may 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar