Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-542/2025 17.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızı katibliyi, Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinin sahə rəisi X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati icraat aparılan Şəxs və onun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Umudalılar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokola əsasən göstərilir ki, Şəxs Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 izahatında göstərdi ki, Şəxs yaşadığı ünvanda Şəxs Zərərçəkmiş şəxs döymüş və onun sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində protokol tərtib etmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Şəxs onun əridir. Onların birgə nigahdan 2 azyaşlı uşağı vardır. Əvvəllər münasibətləri yaxşı olmuşdur, lakin son vaxtlar Şəxs onu heç bir səbəb olmadan qısqanmağa başlamışdır. Belə ki, o azyaşlı uşaqları ilə birgə Röyanın valideynlərinin evində yaşayır və onun atası Fikrət Alıyev ayaqdan əlil olduğu üçün o mütəmadi olaraq Fikrət Alıyevə qulluq etmişdir. Sonradan təxminən 10-15 gün əvvəl o yaşadığı evdə olarkən qaynatası ondan çay verməsini istəmiş və o çay verərkən Fikrət Alıyev onun yanağından öpmüşdür və daha sonra ona 20 manat pul təklif edərək onunla cinsi əlaqədə olmasını istəmişdir, lakin bu zaman o Fikrət Alıyevin təklifini rədd etmiş ve hər şeyi əri Şəxs deyəcəyini bildirmişdir. Həmin vaxt Fikrət Alıyev əri Röyaya heçnə deməməsini istəmişdir. Həmin vaxt Şəxs evə daxil olmuş və hər şeyi eşitdiyini demişdir, daha sonra atası Fikrətlə mübahisə edərək onu nalayiq sözlərlə söyüb təhqir etmiş ve evdən qovalamışdır. Sonra isə ondan baş verən hadisənin düzünü deməsini istəmiş və o baş verən hadisələri ona danışsa da, Şəxs ona inanmamış, sillə ilə sifət nahiyəsinə bir defe vurmuş və onu sorğu sual etməyə başlamışdır. O Şəxs qaynatası Fikrətin ona əxlaqsız təklif etdiyini bildirmiş və daha sonra əşyalarını götürüb valideynlərinin evinə getmişdir. Sonradan xx.xx.2025-ci il tarixdə o azyaşlı uşaqlarını valideynlərinin evinə aparması üçün əri Röyanın yaşadığı evə getmiş, lakin bu zaman Röya onu şərləməyə başlamış və daha sonra o uşaqları götürüb öz valideynlərinin evinə getmişdir və hirsləndiyi üçün intihar edəcəyi barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Lakin həyat və sağlamlığı üçün real təhlükə yaradacaq hər hansı bir hərəkət etməmişdir. Məhkəmədən qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hadisə baş verən günü gizlincə evə daxil olduğunu bildirmişdir. Yaşadığı ünvana daxil olan zaman həyat yoldaşı Zərərçəkmiş şəxs atasının qucağında əyləşdiyini görmüşdür. Bu zaman hər şeyi gördüyünü tərəflərə bildirmiş, atası ilə mübahisə etməyə başlamışdır. Bundan sonra, Zərərçəkmiş şəxs bir sillə vurmuş və evdən çıxmasını tələb etmişdir. O, həmin vaxt zərərçəkmiş şəxsi döyməmişdir. Barəsində başlanmış inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs öz evində həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bərdə Bərdə rayon X6 Bölməsi baş təhqiqatçı, polis mayoru X4 tərəfindən qəbul edilmiş 14 iyul 2025-ci il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan barələrində həmin maddə ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanılması üçün qərarın surəti Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Toplanmış material üzrə araşdırma aparılmış, onun əməlində cinayət tərkibi olmadığından, 17 iyul 2025-ci il tarixə Bərdə rayon X7 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə dörd yüz manat məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə barəsində inzibati icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izаhаtlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə inzibati tənbeh təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 iyul 2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixli 544 saylı ekspert rəyi ilə Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarətlər yetirildiyi müəyyən olunur. Həmin xəsarətlər xx.xx.2025-ci il tarixinə uyğun gəlir. Belə olan halda, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci mаddəsi ilə təqsirli bilinərək bаrəsində cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinərək, bаrəsində 400 (dörd yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-542/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-542/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver