Məhkəmə qərarları › İş №3(021)-543/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-543/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-543/2021 31.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X1 rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib M Ü ƏY Y Ə N E T D İ M: Bərdə rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş 05 may 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Bərdə rayonu Alaçadırlı kəndi ərazisində “yol ver” nişanının tələblərini pozaraq əks istiqamətdə hərəkətdə olan VAZ- 21074 markalı 30 BB-400 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobildə olan sərnişin X5 bədən xəsarəti almışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta rötərmiş şəxs Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və N saylı hərbi hissədə xidmət edir. Azərbaycan Respublikası İXM-nin 43.4-cü maddəsinə görə bu Məcəllənin 610-618ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs hərbi qulluqçu olduğundan və onun barəsində olan inzibati xəta haqqında protokola hərbi məhkəmə baxmalı olduğundan inzibati xəta haqqında material baxılması üçün aidiyyatı üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 43.4-cü maddəsini rəhbər tutub, QƏRAR VERDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında material baxılması üçün aidiyyatı üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar