Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-543/2025 18.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə Rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X1 və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Ağdam rayonunda doğulmuş, orta təhsilli, sürücü, Ağdam rayonu Papravənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis X5 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs barəsində İXM-in 511.1.2-ci maddəsi ilə Bərdə Rayon Polis X5 Bölməsinin inspektoru polis baş serjantı X3 tərəfindən 17 iyul 2025-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur. Məhkəmə iclasında Bərdə Rayon Polis X5 Bölməsinin inspektoru polis baş serjantı X4 göstərdi ki, Şəxs yol vərəqəsi ilə idarə etdiyi “Lada Granta” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayon ərazisində yol hərəkəti qaydalarını pozmaqla avtoxuliqanlıq hərəkətləri etmiş, eləcə də qeyd edilən qayda pozuntularını videoçəkiliş etməklə “Tik-Tok” sosial şəbəkə hesabında paylaşmışdır. Qeyd edilən əməllər 10 ədəd video görüntü olmaqla CD diskə yüklənərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs göstərmişdir ki, müxtəlif vaxtlarda Bərdə rayonu və Bakı şəhərində idarə etdiyi “Lada Granta” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozan əməllər törətmiş və həmin əməlləri videoçəkilişlə öz “Tik-Tok “ hesabında paylaşmışdır. 17 iyul 2025-ci il tarixində onun barəsində İXM 511.1.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur.Törətdiyi əməllərdə qanun pozuntusu hallarının olduğunu qəbul etsə də, avtoxuliqanlıq əməlini törətməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin müdafiəçidən imtina etməsi, bu halın onun maddi vəziyyəti ilə bağlı olmaması, hüquqlarını özünün müdafiə edəcəyi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İnzibati iş materiallarına istinad: İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM 511.1.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. İş materiallarına əlavə edilmiş CD diskdəki 01 saylı video görüntüdən görünür ki,Şəxs idarə etdiyi “Lada Granta”markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı hərəkət zolağına çıxır, sola dönmə hərəkətini törədərkən sağ hərəkət zolağına çıxaraq manevr qaydalarını pozur, irəlidə adacıqda heç bir əsas olmadan duraraq dayanma-durma qaydalarını pozur. İş materiallarına əlavə edilmiş CD diskdəki 02 saylı video görüntüdən görünür ki,Şəxs idarə etdiyi “Lada Granta”markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu, Divanlı kənd ərazisində hərəkət halındadır. İş materiallarına əlavə edilmiş CD diskdəki 03 saylı video görüntüdən görünür ki,Şəxs idarə etdiyi “Lada Granta”markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu, Tər-tər çay üzərindəki körpüdə sürəti artıraraq ötmə əməliyyatı həyata keçirir. İş materiallarına əlavə edilmiş CD diskdəki 04 saylı video görüntüdən görünür ki,Şəxs idarə etdiyi “Lada Granta”markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə bağlamadan siqnal səsləndirir. İş materiallarına əlavə edilmiş CD diskdəki 05 saylı video görüntüdən görünür ki, Şəxs idarə etdiyi “Lada Granta”markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Zahid Xəlilov küçəsində hərəkət halındadır. İrəlidə işıqforun qırmızı işığını görən Şəxs qırmızı işıqda dayanır. İş materiallarına əlavə edilmiş CD diskdəki 06 saylı video görüntüdən görünür ki, Şəxs idarə etdiyi “Lada Granta”markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin önündə konstruksiyon dəyişiklik edərək videoya almışdır. İş materiallarına əlavə edilmiş CD diskdəki 07 saylı video görüntüdən görünür ki,Şəxs idarə etdiyi “Lada Granta”markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə birinci hərəkət zolağından üçüncü hərəkət zolağına keçərkən işıq siqnallarından (xəbərdaredici işıqlardan) düzgün istifadə etməmişdir. İş materiallarına əlavə edilmiş CD diskdəki 08 saylı video görüntüdən görünür ki, Şəxs idarə etdiyi “Lada Granta”markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin önündə konstruksiya dəyişiklik edərək videoya almışdır. İş materiallarına əlavə edilmiş CD diskdəki 09 saylı video görüntüdən görünür ki, Şəxs idarə etdiyi “Lada Granta”markalı,**-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili yanacaq doldurma məntəqəsində avtoyuma yerinin qarşısında saxlayaraq videoya almışdır. İş materiallarına əlavə edilmiş CD diskdəki 10 saylı video görüntüdən görünür ki, Şəxs idarə etdiyi “Lada Granta”markalı,**-PR-*** dövlət qeydiyyat nışanlı avtomobilin önündə konstruksiya dəyişikliklər edərək videoya almışdır. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə Rayon Polis Şöbəsinin YPB-nin inspektoru polis baş serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, Şəxs İXM-nin 511.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi sübuta yetirilməmiş, habelə protokola əlavə edilmiş digər materiallarla təsdiq olunmamışdır, həmçinin protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin YPB-nin inspektoru polis baş serjantı X3 protokolu müdafiə etsə də, İXM-in 511.1.2-ci maddəsində qeyd edilən hüquq pozuntusunun Şəxs tərəfindən hansı qaydada törədildiyini əsaslandırmamışdır. Məhkəmə hesab edir ki, təqdim edilən sübutlar çərçivəsində İnzibati Xətalar Məcəlləsində qeyd edilən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati hüquqpozmalar mövcud olsa da, Şəxs əməlində İXM-in 511.1.2-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 511.1.2-ci maddəsinə əsasən. avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 511.1.2-ci maddəsinə münasibətdə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 53.1.2, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARAALDİ: Şəxs əməlində İXM-in 511.1.2-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-543/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-543/2025
18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver