Məhkəmə qərarları › İş №3(021)-544/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-544/2021

03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-544/2021 03.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X4 iclas katibliyi, şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X10 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin məsləhətçi-müfəttişi X1 iştirаkları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, 04.05.2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X6 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, 04.05.2021-ci tarixli qərarı ilə X10 İXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X10 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, 04.05.2021-ci tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, 04.05.2021-ci tarixli qərarı qanuna ziddir. Belə ki, özü X9 Kollecində təsərrüfat müdiri vəzifəsində çalışır. İşlədiyi kollecdə abadlıq işləri və həyətyanı sahədə bütün təmir işlərinə v səliqə-səhmana cavabdeh şəxs özüdür. Yazış gəlişi ilə bağlı işlədiyi kollecin həyətində və bağında 10.02.2021-ci il tarixdə budama işləri aparılarkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları onun iş yerinə gələrək budama işlərinin aparıldığını və kollecin həyətində olan 2 ədəd əncir və bir ədəd tut şivinin kəsilməsinə etiraz edərək ona vəzifəli şəxs kimi inzibati protokol tərtib etdilər. O, buda işlərinin kollecin balansında olan həyətdə olduğunu, həmin ağacların məktəbə məxsus olduğunu, bağda yaz hazırlıq işlərinin aparılması üçün abadlıq işlərinin paraılmasını bildirməsinə baxmayaraq ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları qərəzli olaraq vəzifəli şəxs kimi barəsində cərimə tətbiq etmişlər. Hesab edir ki, kollecin həyətində apardığı budama işləri kənd təsərrüfatı təyinatlı ağaclar olmuş, həmin ağaclarda kollecin balansında olan torpaq sahəsində olduğuna görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisinin onun barəsində tərtib etdiyi MN № ******* saylı, 04.05.2021-ci tarixli qərar ədalətsiz, qərəzli və qeyri obyektiv olduğu üçün onun icraatına xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X10 şikayətin dəlillərinə uyğun məzmunda əlavə izahat verərək çıxışında bildirmişdir ki, Kollecin həyətində bağ vardır və həmin bağda Eldar Şamı vardır. Həmin şamların köklərində əncir və tut tikləri çıxmışdır. Təmizlik işləri apararaq yabanı halda çıxan tikləri budamışlar. Hələdə təmizliyə ehtiyac vardır. Həmin yerlər təmizlənməsə çox pis vəziyyətə düşür buda tələbələrin təcrübə keçməsinə mane olur. Odur ki, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisinin tərtib etdiyi MN № ******* saylı, 04.05.2021-ci tarixli qərarın ləğv edilərək icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarı qəbul etmiş hüquqi şəxsin nümayəndəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin məsləhətçi-müfəttişi X2 çıxışında tərtib edilmiş protokol və qərarı müdafiə edərək ifadəsində göstərmişdir ki, 10.02.2021-ci il tarixdə keçirilən reyd zamanı Bərdə şəhəri, Natəvan küçəsində yerləşən X9 Kollecinin həyətində ağac kəsilməsi halı aşkar olunmuşdur. P.Paşayev bildirdi ki, təmizlik məqsədi ilə ağac kəsilmişdir. Fakta görə inzibati xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edirəm ki, tərtib edilmiş sənəd tam qanuni sənəddir və edilən şikayət əsassızdır. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsasız olduğundan təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE 08092834 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 oğlu 25.12.1959-cu ildə Bərdə rayonu, Mustafaağalı kəndində doğulmuş, ünvan 1 ünvanda yaşayır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Elnur Cəlilovun inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 04.05.2021-ci tarixli qərarın surətindən görünür ki, 10.02.2021-ci il tarixli, MN № ******* saylı protokolla X11 Kollecinin həyətyani ərazisində 2 ədəd əncir və 1 ədəd tut cinslərinə mənsub yaş halda ağacların kök boğazından kəsilərək məhv edilməsinə görə X6 barəsində İXM-nin 253.2-ci maddəsi ilə inzibati xəta haqqıda protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Elnur Cəlilovun inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 04.05.2021-ci tarixli qərarın surətindən görünür ki, Bərdə şəhəri, Natəvan küçəsində yerləşən X9 Kollecinin həyətyani ərazisində 2 ədəd əncir və 1 ədəd tut cinslərinə mənsub yaş halda ağacların kəsilməsinə görə X10 İXM-nin 253.2-ci maddəsi ilə 4000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 16.02.2021-ci il tarixli X8 ünvanlanmış məktubun surətindən görünür ki, İXM-nin 253.2-ci maddəsi ilə tərtib edilmiş inzibati materialların 24.02.2021-ci il tarixdə saat 15:00-da baxılması ilə əlaqədar xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 04.03.2021-ci il və 17.03.2021-ci il tarixli pretenziyanın surətlərindən görünür ki, X10 2 ədəd əncir və 1 ədəd tut cinsinə mənsub ağacların kök boğazından kəsilərək məhv edilməsi nəticəsində təbiətə vurduğu 320 manat məbləğində ziyanı 1 ay müddətində könüllü olaraq ödəməsi ilə bağlı xəbərdar olunmuşdur. X9 Kollecinin həyətyani ərazisində 2 ədəd əncir və 1 ədəd tut cinslərinə mənsub yaş halda ağacların kök boğazından kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın hesabatının surətindən görünür ki, əncir ağacı: 1 ədəd -8 sm x 100=100 manat, 1 ədəd -9 sm x 120=120 manat, 1 ədəd -5 sm x 100=100 manat olmaqla, cəmi 100+120+100=320 manat. Beləliklə təbiətə dəymiş ziyanın ümumi məbləği 320 manat təşkil edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 10.02.2021-ci il tarixli, № 68759 nömrəli aktın surətindən müəyyən edilir ki, 10.02.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən X9 Kollecinin həyətyani ərazisində 2 ədəd əncir və 1 ədəd tut cinlərinə mənsub ağaclar kök boğazından kəsilmişdir. X9 Kollecinin inzibati təsərrüfat işləri üzrə direktor müavini X6 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisinin adına yazdığı izahatın surətindən görünür ki, kollecin həyətyanı sahəsində yerləşən yaşıllıqlardan iki ədəd əncir və 1 ədəd tut cinslərinə mənsub ağaclar təmizlik məqsədi ilə kök boğazından onun nəzarəti altında tutduğu muzdlu fəhlə tərəfindən kəsilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, inzibati xəta haqqında 10.02.2021-ci il tarixli, MN № ******* saylı protokolu əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Elnur Cəlilovun inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 04.05.2021-ci tarixli qərarına əsasən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X10 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 04.05.2021-ci tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İXM-in 253.2-ci maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İşdən müəyyən edilir ki, X3 şəhəri, Bakı küçəsi 3 ünvanında yerləşən X9 Kollecinin həyətyani ərazisində 2 ədəd əncir və 1 ədəd tut cinlərinə mənsub ağaclar kök boğazından kəsilmişdir. Bununla da o, ümumilikdə təbiətə 320 manat məbləğində maddi ziyan vurmuşdur. Beləliklə P.Ə.Paşayev İXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 10.02.2021-ci il tarixli, № 68759 nömrəli aktın surətindən müəyyən edilir ki, 10.02.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən X9 Kollecinin həyətyani ərazisində 2 ədəd əncir və 1 ədəd tut cinlərinə mənsub ağaclar kök boğazından kəsilmiş və həmin akta X10 şəxsən imza etmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki iş üzrə X6 nəzarəti altında kəsilən hər üç ağacın bitdiyi torpaq dövlətin mülkiyyətində olan təhsil müəssisəsinin həyətidir yəni, xüsusi mülkiyyət deyil. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X3 şəhəri, Natəvan küçəsində yerləşən X9 Kollecinin həyətində olan 2 ədəd əncir və 1 ədəd tut ağaclarını kəsərək 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə təbiətə 320 manat məbləğində maddi ziyan vurmaqla İXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyindən barəsində 4000 manat məbləğində inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. Belə olan halda X6 təqsirsiz olması barədə fikirlər əsassızdır. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 04.05.2021-ci tarixli qərarı qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Azərbaycan Respublikası DİN-in BDYPİ-in Yevlax 7 saylı RQİŞ-yə Bərdə Rayon Məhkəməsinin 01 iyun 2019-cu il tarixli, 3(021)-948/2019 nömrəli qərarının surəti icrası üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “04” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ _ Poçt indeksi: AZ 0900, Tel: (02020) 5-04-80; Faks: 5-20-52 Ünvan: Bərdə şəhəri, Gəncə küçəsi, 4 Elektron poçtu: mailto:bardacourt@gmail.comElektron ünvan İş № 3(021)-948/2019 «01» iyun 2021-ci il Bərdə Rayon Polis Şöbəsinin rəisi cənab Muradəli Babayevə X5 Bərdə rayonu Hacallı kəndi Bərdə Rayon Məhkəməsinin 01 iyun 2019-cu il tarixli, 3(021)-948/2019 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “04” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar