Məhkəmə qərarları › İş №3(021)-545/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-545/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-545/2025 18.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, X7 iclas katibliyi, Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X9, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan,Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X9 tərəfindən 18 iyul 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur. Məhkəmə iclasında Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X9 göstərdi ki,18 iyul 2025-ci il tarixdə saat 03:50 radələrində,Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarında Əmrahov X10 rayonu,Təzə-Alvadı kəndi sakini X3 qarşı ünvanlı və ünvansız nalayiq ifadələr və söyüşlər işlətmişdir. Buna görədə Şəxs əvvəlcə sahə nəzarət məntəqəsinə daha sonra polis şöbəsinə gətirərək barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib etmişdir.Məhkəmədən İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş sanksiyanın yuxarı həddində inzibati həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən tələb etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X11 göstərmişdirki, 18 iyul 2025-ci il tarixdə saat 03:50 radələrində Bərdə rayonu Alpoud kənd ərazisində yerləşən mal bazarında yük nəqliyyat vasitəsinin yerləşməsi ilə əlaqədar X8 arasında mübahisə yaranmışdır.Mübahisənin gedişatında o,səsini ucaldaraq X2 yük maşının yerindən götürməsini və həmin yerin ona məxsus olduğunu bildirmişdir.Şəxs bu fikrini uca səslə ifadə etsə də,bu zaman hər hansı nalayiq ifadə və söyüşdən istifadə etmədiyini demişdir.Özünü təqsirli bilmir. Məhkəmə iclasında video konfrans vasitəsilə zərərçəkmiş şəxs qismində dindirilmiş X8 göstərdi ki,18 iyul 2025-ci tarixdə Bərdə rayonu, Alpoud kəndində yerləşən mal bazarında Şəxs onun yük maşınına yaxınlaşaraq maşını burdan götürməyini və bu yerin ona məxsus olduğunu demişdir.Onun saat 04:00-da maşını götürəcəyini deməsinə baxmayaraq,Şəxs səsini yüksəldərək nalayiq ifadələrdən istifadə etməklə maşını yerindən götürməsini tələb etmişdir. Polis əməkdaşları onlara yaxınlaşaraq mübahisəni sonlandırmışdır. Daha sonra şöbəyə gətirilərək ərizəsi alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis X14 Xidmət Bölüyünün polis nəfəri, polis serjantı X6 göstərmişdir ki,18 iyul 2025-ci il tarixdə Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarında saat 03:50 radələrində xidməti avtomobillə əraziyə nəzarəti həyata keçirərkən iki şəxsin mübahisə etdiyini və bir çox insanın mübahisə ətrafında yığılmasını görmüşdür. Dərhal mübahisə yerinə yaxınlaşaraq mübahisəni sakitləşdirməyə,insanları uzaqlaşdırmağa çalışmışdır. Daha sonra Bərdə Rayon Polis X1 Bölməsinin sahə rəisi X4 gəldiyini görmüşdür. Sahə nəzarət məntəqəsinə mübahisə edən şəxsləri apardıqdan sonra onların şəxsiyyəti müəyyən edilmişdir. Daha sonra raport yazaraq mübahisə ilə bağlı məruzə etmişdir. O,mübahisə zamanı dəqiq olmasa da, Şəxs tərəfindən X5 ünvanlanan nalayiq ifadələr və söyüş eşitmişdir. Şəxs qarşı şikayəti yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi, Bərdə Vəkil Bürosunun vəkili Vəkil göstərmişdir ki,Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin inzibati xəta tərkibi yoxdur. O, məhkəmədən inzibati xəta haqqında icraata xitam verilməyini və ya inzibati həbslə bağlı olmayan digər inzibati tənbeh tədbirinin tətbiq edilməsinin tələb etmişdir. İnzibati iş materiallarına istinad: İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə X3 qarşı nalayiq ifadələr və söyüş işlətmişdir. “İnzibati qaydada tutma haqqında” 18 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-cü ildə saat 0350-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanıma haqqında qərardan görünür ki, X8 inzibati iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol,şahid ifadəsi, həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, zərərçəkmiş şəxsin şikayətinin olmadığını, şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirli bilinib, bаrəsində 75 (yetmiş beş) manat inzibati cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində 75 (yetmiş beş) manat məbləğində inzibati tənbeh növündə cərimə tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın icrası Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar