Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-546/2021 01.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs X2 iştirakı ilə xx xxxxxx 1961-ci ildə Ağdam rayonunda anadan olmuş, orta ixtisas təhsilli, evli, Ağdam rayonu Ağdamkənd kəndində qeydiyyatda olan və Bərdə rayonu Meşəçilik İnstutunda məskunlaşıb yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 mart 2021-ci ildə saat 1700 radələrində idarə etdiyi VAZ- 21074 markalı 30 BB-400 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Alaçadırlı kəndi ərazisində yol ayrıcı keçmə qaydasını pozaraq əks istiqamətdən hərəkət edən “Mitsubihsi Pajero” markalı 09 BJ-123 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilində olan həyat yoldaşı X4 xəsarət almışdır. Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, özünə məxsus VAZ-21074 markalı 30 BB-400 dövlət qeydiyyat nişanlı avtomobili vardır. 24 mart 2021-ci il tarixdə saat 1700 radələrində Bərdə şəhərində yas mərasimindən çıxıb yaşadığı Bərdə rayonu Alaçadırlı kəndi ərazisində yerləşən “Meşəçilik İnstitutu” adlanan yerə getmişdir. Həmin vaxt avtomobildə ondan başqa sol arxa oturacaqda arvadı X3 da sərnişin qismində əyləşmişdir. Bərdə şəhərindən keçib gedən dəmiryol xəttini keçdikdən təxminən 15-20 metr sonra avtomobilini sol tərəfə, yəni Bərdə rayonu Alaçadırlı kəndi istiqamətinə döndərəcəyi üçün sürətini təxminən saatda 10 km-dək azaltmışdır. Yol-nəqliyyat hadisəsinin baş verdiyi döngəyə çatıb sol tərəfə dönmək istəyərkən qəflətən kənd istiqamətindən gələn ağ rəngli “Mitsubishi Pajero” markalı avtomobil yolun kənarında quraşdırılmış “Yol ver” nişanının tələbinə məhəl qoymayaraq gözləmədən hərəkətini davam etdirmiş və döngəyə çatdığı sürət ilə də sağ tərəfə dönmə əməliyyatını yerinə yetirmək istəmişdir. Avtomobilin yol hərəkəti nişanının tələbinə riayət edəcəyini düşünsə də, avtomobilin sürücüsü bunu etməmişdir. Buna baxmayaraq özünü toqquşmadan yayınmaq məqsədilə hərəkətini tamamilə dayandırmışdır. Ancaq “Mitsubishi Pajero" markalı avtomobil qəflətən onun idarə etdiyi avtomobil sol qabaq tərəfi ilə toqquşmuşdur. Avtomobilində əyləşmiş arvadının sol qaşının üzərindən xəsarət aldığını görmüşdür. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 göstərmişdir ki, inzibati xəta törətmiş şəxs Şəxs əridir. 24 mart 2021-ci ildə saat 17 radələrində Şəxs məxsus VAZ-21074 markalı avtomobillə yas mərasimindən gələrkən ərinin idarə etdiyi avtomobil qarşıdan gələn “Mitsubishi Pajero” markalı avtomobillə toqquşmuş, nəticədə qaşından xəsarət almışdır. Hazırda sağlamlığı bərpa olunmuşdur. Şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi Əsgərov Vəkil Şahlar oğlunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 aprel 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1/873 nömrəli material üzrə cinayət tərkibi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati icraat açılması üçün qəbul edilmiş qərarın surəti Bərdə rayon Polis şöbəsinin X7 Bölməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Bərdə Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi Vəkil Əsgərovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 108 aprel 2021-ci il tarixli qərarı, habelə inzibati xəta haqqında 05.05.2021-ci il tarixli AP ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarından ödənişindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200(iki yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Cərimə Baş Dövlət Yol Polisi İdarəsi, VÖEN **********, 1 saylı Xəzinədarlıq idarəsi, VÖEN **********, ABB Mərkəzi filialı, VÖEN **********, kod 805722, müxbir hesab **********944, SWİFT Bik İBAZAZ2X, H/H ******************** hesabına ödənilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsinə əsasən cəriməni dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edəcəyi təqdirdə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişdən azad edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-546/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-546/2021
01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver