Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-546/2025 19.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 27501452 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 27501452 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayətdən və ona əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci və 332.3cü maddələrinin tələblərini pozmasına görə barəsində 400 (dörd yüz) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 27501452 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalı, şikayətçiyə üzrlü səbəblər olduqda müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 27501452 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. X2 üzrlü səbəblər olduqda müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması izah edilsin. Sədrlik edən: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-546/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-546/2025
19.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver