Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-548/2025 21.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bərdə rayonunda doğulmuş, fərdi əməklə məşğul olan, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1ində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xətanın törətməsinə dair Bərdə Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 21 iyul 2025-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 izahatında bildirdi ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(021)-2113/2018 saylı, Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(079)-461/2024 saylı, Bərdə Regional ASAN Xidmət Mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-6897 saylı, Bərdə Regional ASAN Xidmət Mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-5153 saylı icra sənədlərinə əsasən Şəxs 13769 manat borcu yaranmışdır. Borcluya dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o borcu ödəməmişdir.Borcun yönəldilə biləcəyi əmlak yoxdur. Buna görə də onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. O, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, icra sənədləri üzrə borcunun olduğu barədə məlumatı vardır.Könüllü icra bildirişlərini almasına baxmayaraq, maddi imkansızlıqdan borcunu ödəyə bilməmişdir. Fəhlə işlədiyindən ünvanında olmamışdır və ona görədə axtarışa verilmişdir.İcra məmuru telefon vasitəsi ilə onu icraya çağırsa da, çağırışlara gəlməmişdir.4 uşağı vardır və birinə görə alimenti anası ödəyir.Hazırda işləmir,lakin borcu hissə-hissə ödəyəcəyinə söz verir. İnzibati xəta törətməkdə təqsirli olduğunu qəbul etmişdir. Səhhətində olan problemlə bağlı məhkəmədən güzəşt edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən müdafiəçi tutmaq, əgər maddi imkanı yoxdursa,dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilməsinə baxmayaraq, o məhkəməyə ərizə ilə müraciət edərək müdafiəçidən imtina etmiş və öz hüquqlarını müdafiə edə biləcəyini bildirmişdir. Bu halın onun maddi durumu ilə əlaqədar olmadığı bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. İnzibati iş materiallarına istinad: Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(021)-2113/2018 saylı icra sənədindən görünür ki, xx.xx.2008-ci ildə anadan olmuş X5 və xx.xx.2011-ci ildə anadan olmuş X2 üçün cavabdeh Şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaəsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay hər bir uşağa 100 manat olmaqla cəmi 200 manat məbləğində pul tutularaq iddiaçı X8 xeyrinə ödənilməlidir. Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(079)-461/2024 saylı icra sənədindən görünür ki, uşağın saxlanılması üçün müvəqqəti tutulması haqqında Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(079)-461/2024 saylı qərardadı ilə müəyyən edilən müvəqqəti alimentin tutulması mülki iş üzrə qətnamə qəbul edildiyindən ləğv edilsin və həmin qərardadla qətnamənin çıxdığı günədək, yəni 14 noyabr 2024-cü ilədək cavabdeh tərəfindən ödənilmiş alimentin məbləği nəzərə alınıb, alimentin tutulmasının əvvəli 24 iyun 2024-cü il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Şəxs hər ay bir uşaq üçün 140 manat sabit pul məbləğində aliment tutulub uşağın anası X7 xeyrinə ödənilməlidir. Bərdə Regional ASAN Xidmət Mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-5153 saylı icra qeydindən görünür ki, BPM**********97(262RTL**********) saylı müqabviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 6436 manat 62 qəpik borc Şəxs tutularaq "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Bərdə Regional ASAN Xidmət Mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-6897 saylı icra qeydindən görünür ki, TL-EE002035962(********************) saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3543 manat 51 qəpik borc Şəxs tulularaq "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Bərdə Rayon Məhkəməsinin 9 aprel 2018ci il tarixli, 2(021)-2113/2018 saylı icra vərəqəsi üzrə icraata başlanılmış, icra sənədi üzrə borcluya borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(079)-461/2024 saylı icra sənədi üzrə icraata başlanılmış, icra sənədi üzrə borcluya dərhal icranı könüllü olaraq yerinə yetirilməsi təklif olunmuşdur. Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bərdə Regional ASAN Xidmət Mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-5153 saylı icra qeydi üzrə icraata başlanılmış, icra sənədi üzrə borcluya borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bərdə Regional ASAN Xidmət Mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-6897 saylı icra qeydi üzrə icraata başlanılmış, icra sənədi üzrə borcluya borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu 1 mart 1987-ci il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş 21 iyul 2025-ci il tarixli, MN2090558 saylı protokola əsasən borclu Rəsul Xansuvar oğlunun, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(021)-2113/2018 saylı icra sənədi üzrə 2450 manat, Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(079)-461/2024saylı icra sənədi üzrə 1290 manat, Bərdə Regional ASAN Xidmət Mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-6897 saylı icra qeydi üzrə 3568 manat 51 qəpik , Bərdə Regional ASAN Xidmət Mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-5153 saylı icra qeydi üzrə 6461 manat 62 qəpik borcu yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs , Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(021)-2113/2018 saylı, Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(079)-461/2024 saylı, Bərdə Regional ASAN Xidmət Mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-6897 saylı, Bərdə Regional ASAN Xidmət Mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-5153 saylı icra sənədləri üzrə tələbkarlara olan borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədlərini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 12.1-ci maddəsinə görə Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 3.1-ci mаddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci mаddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Məhkəmə Şəxs məhz hansı inzibati tənbeh tədbirinin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarı). Belə olan halda, İXM-in 528.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 8 (səkkiz) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. İnzibati həbs etmənin başlanğıcı şəxsin azadlıq hüququnun faktiki məhdudlaşdırıldığı, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 20 iyul 2025-ci il saat 11:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-548/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-548/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver