Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-549/2025 21.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədova katibliyi, Bərdə rayon və İcra Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 21 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 21 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. İcra məmuru X2 tərəfindən tərtib edilmiş MN ******* saylı 21 iyul 2025-ci il tarixli protokoldan görünür ki, borclu Şəxs 14500 manat borcu yaranmışdır. Borclu icra sənədi üzrə tələbi təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onun tərəfindən icra sənədi üzrə yaranmış borc məbləği tam şəkildə tələbkarın hesabına ödənilmişdir. Belə ki, onun tərəfindən bank vasitəsilə həmin ödənişlər edilmişdir. Lakin hal-hazırda qəbzlər onda deyildir. Sözügedən pul ödənişlərini tələbkar faiz olaraq qəbul etmiş və borc məbləğindən çıxmamışdır. Bu səbəbdəb hal-hazırda ona borclu olduğunu iddia edir. Halbuki, yaranmış borc tam şəkildə tərəfindən ödənilmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokola hazırda baxmaq mümkün deyildir. Belə ki, icra məmuru tərəfindən borcun ödənilib-ödənilməməsi halı araşdırılmamış, bank vasitəsilə ödənildiyi iddia olunan ödənişlərə dair aidiyyəti təşkilatlara sorğu edilməmişdir. Bu səbəbdən məhkəmə inzibati xətaya dair yekun akt çıxarmağı deyil, sözügedən işə dair materialları həmin orqana qaytarmaqla natamamlığın aradan qaldırılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması məsələlər barəsində qərardad qəbul edilir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində tərtib edilmiş MN ******* saylı, 21 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-549/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-549/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver