Məhkəmə qərarları › İş №3(021)-55/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-55/2021

18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-55/2021 18.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs Həsənov Mehman Sahib oğlunun , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızının və vəkili X3 iştirakları ilə, xx.xx.1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə şəhər H.Əliyev prospekti ev 112, mənzil 24 saylı ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Bərdə rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli 2(021)-1228/2020 nömrəli icra sənədinə əsasən tələbkar X5 02.03.2013-cü il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 11:00-dək gecəni qalmaq şərti ilə və 17.02.2018-ci il təvəllüdlü Həsənov Hikmət Mehman oğlu şənbə günü saat 11:00-dan 14:00-dək ünsiyyət də olmaq hüququ (görüş ) verilmişdir. Lakin Şəxs icra sənədi üzrə icra məmurunun tələblərini yerinə yetirməyərək, Həsənov Mehman Sahib oğlu ilə uşaqlarının ünsiyyətdə olmasına şərait yaratmadığına görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən onun barəsində MN № ******* saylı 18.01.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bərdə rayon icra və Probasiya şöbəsinin icra məmuru X6 bildirdi ki, Şəxs qızı icra sənədi üzrə öhdəlikləri yerinə yetirmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, uşaqları ataları ilə bir dəfə görüşməsinə şərait yaratmış, bu vəziyyət də uşaqların psixoloji durumuna təsir etmişdir. Tələbkarın uşaqları ilə görüşməyinə etiraz etmir, lakin onun uşaqları özü ilə aparmasını istəmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X12 bildirdi ki, Şəxs qızı uşaqlarını atası ilə görüşdürməkdən imtina etmir, lakin uşaqların psixoloji durumu ilə əlaqədar Həsənov Mehman Sahib oğlunun uşaqları ilə onun yanında (evində ) olmaqla görüşməyini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs şəxs Həsənov Mehman Sahib oğlu bildirdi ki, uşaqları ilə ünsiyyətdə olmasına şərait yaradılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə Rayon Məhkəməsinin 2(021)-1128/2020 saylı 30.06.2020-ci il tarixli icra sənədindən görünür ki, tələbkar X5 02.03.2013-cü il təvəllüdlü X14 qızı ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 11:00-dək gecəni qalmaq şərti ilə və 17.02.2018-ci il təvəllüdlü X9 ilə şənbə günü saat 11:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ (görüş) verilməlidir. İş materiallarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin 05.08.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Şəxs tələbin könüllü icrası ilə bağlı 10 gün müddət verilmişdir. İş materiallarında olan 05.08.2020-ci il tarixli bildirişdə Şəxs qızına tələbin könüllü icrası üçün vaxt verilməsi qeyd olunmuşdur. İş materiallarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin Polis Şöbəsinə ünvanladığı 19.11.2020-ci il tarixli məktubun surətindən görünür ki, qeyd olunan icra sənədi üzrə borclu Şəxs qızına könüllü icra müddəti verilmiş, lakin həmin müddətdə öhdəliyi icra etmədiyinə , icra məmurunun çağırışı ilə gəlməkdən boyun qaçırdığına görə Bərdə şəhəri H.Əliyev prospekti 112/24-də yaşayan Şəxs qızının sahə müvəkkilinin müşayiəti ilə Bərdə rayon İcra Şöbəsinə gətirilməsinə dair köməklik göstərilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Bərdə rayon İcra və Probasiya Şöbəsindən Bərdə Rayon Məhkəməsinə daxil olmuş təqdimat əsasında Bərdə rayon məhkəməsinin 2(021)-1128/2020 saylı 30.06.2020-ci il tarixli icra sənədi üzrə borclu ünvan 3 ünvanda yaşayan Şəxs Bərdə rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Bərdə Rayon Məhkəməsi tərəfindən 8(021)-207/2020 nömrəli, 21 dekabr 2020-ci il tarixli, qərardad qəbul olunmuşdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs qızı Bərdə Rayon Məhkəməsinin 2(021)-1128/2020 saylı 30.06.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, icra sənədi üzrə öhdəliklərini könüllü icra etməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Göründüyü kimi, Şəxs qızı icra sənədi üzrə icra məmurunun tələblərini yerinə yetirmir, bu da onun icra sənədinin icrasından qəsdən yayındığını sübut edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs qızı məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-in 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs qızının himayəsində azyaşlı uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalı, himayəsində azyaşlı uşaqlarının olması nəzərə alınaraq barəsində cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1, 40, 43, 48, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. 021)-121/2019 «11» mart 2019-cu il Bərdə rayon icra şöbəsinin rəisi cənab Rusif Quliyevə Bərdə Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 3(021)-121/2019 nömrəli qərarına əsasən bir ədəd toz markalı , 16 kalibirli, 4241 nömrəli tək lüləli ov silahı müsadirə edilməlidir. Həmin qərar icra edilməsi üçün Sizə göndərilir . Qeyd: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinə əsasən predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. Qoşma: Qərarın surəti 01 (səhifə) Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar