Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-550/2021 20.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati icraat aparılan Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Ararat rayonunda doğulmuş, işsiz, subay, 2-ci qrup Qarabağ müharibəsi əlili, qardaşı Qarabağ müharbəsində şəhid olmuş, Bərdə rayonu, Kətəlparaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 may 2021-ci il tarixdə Səhiyyə Nazirliyinin “MTE və PA” X8 Şəxsin Bərdə rayon şöbəsində nalayiq söyüşlər söymüş, iş şəraitini pozmuş, ucadan qışqıraraq şöbənin əməkdaşlarını ciddi narahat etmişdir. Məhkəmə iclasında Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X4 izahatında göstərdi ki, Səhiyyə Nazirliyinin “MTE və PA” X8 Şəxsin Bərdə rayon şöbəsidə nalayiq söyüşlər söymüş, iş şəraitini pozmuş, ucadan qışqıraraq şöbənin əməkdaşlarını ciddi narahat etmişdir. Barəsində tədbir görülməsi üçün şöbənin rəisi Şahin Verdiyev tərəfindən Polis Şöbəsinə məlumat verilmişdir. Şəxs dava salmasına əsas şöbə tərəfindən ona verilən rəyin düzgün verilməməsini göstərmişdir. Şəxs Qarabağ müharibəsində iştirak etmiş və 2-ci qrup əlildir. Qardaşı isə Qarabağ müharibəsndə şəhid olmuşdur. Məhkəmədən sadalanan halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, Səhiyyə Nazirliyinin “MTE və PA” X8 Şəxsin Bərdə rayon şöbəsi tərəfindən ona verilən rəyin düzgün olmamasını şöbəyə bildirmişdir. Lakin şöbədə ona qarşı laqeydlik göstərilmiş, ona qarşı kobud davranılaraq kabinetdən qovulmuşdur. əsəblərinə hakim ola bilməyib 4 ədəd lezva udmuşdur. O, da haqlı iradını uca səslə bildirmişdir. Məhkəmə iclasında müdafiəçi X5 bildirdi ki, barəsində icraat aparılan Şəxs Qarabağ meharibəsində iştirak etmiş, 2-ci qrup əlildir və şəhid ailəsidir. Ona qarşı bu cür davranışlar yolverilməzdir. Odur ki başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş protokol əsassızdır. Belə ki, Şəxs barəsində tərtib edilmiş protokol səthi olaraq Səhiyyə Nazirliyinin “MTE və PA” X8 Şəxsin Bərdə rayon şöbəsi tərəfindən tərtib olunmuş akt əsasında tərtib edilmiş, iş üzrə izahatları alınmamışdır. Bundan başqa Səhiyyə Nazirliyinin “MTE və PA” X8 Şəxsin Bərdə rayon şöbəsi tərəfindən tərtib olunmuş akt həmin idarənin işçiləri tərəfindən tərtib edilərək imzalanmış, aktın tərtib olunmasında hal şahidləri iştirak etməmişlər. Bunda başqa Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin təkib əlamətlərini özündə əks etdirən hər hansısa bir sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər mövcud deyildir. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-550/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-550/2021
20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver